Tolik yıxdı-sürüdü: “Sağ ayağım başına” – Qırğın
Bizi izləyin

Tabloid.az

Tolik yıxdı-sürüdü: “Sağ ayağım başına” – Qırğın

Natəvan Həbibinin şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməsilə bağlı müğənninin prodüserinin məlumatı və məhkəməyə verilən şou əhli haqqında söylədiyi fikirlər tanınmış prodüser Toliki özündən çıxarıb. Qeyd edək ki, məhkəməyə verilənlər sırasında Tolik də var.

Publika.az-a açıqlama verən prodüser qəzəbini boğa bilmədi: “Mən sabah rayona yola düşürəm və ayın 6-da ad günümü qeyd edəcəyəm. Ayın 8-i isə şou-biznes nümayəndələri ilə birgə ad günümü keçirəcəyəm. Belə bir xoş günümə hazırlaşdığım vaxtda xoşagəlməz fikirlər eşitmək, qanımı qaraltmaq istəmirəm. Reklama ehtiyacı olanların adımla hallanmasının əleyhinəyəm. Simasız adamların simasını da reklam etmək fikrində deyiləm”.

Maraqlıdır, görəsən, Tolikin xalq artisti İlhamə Quliyeva ilə Natəvan Həbibi arasında yaşananlara münasibəti necədir?

Tolikin cavabı belə oldu: “Mən bu məsələyə qarışmaq istəmirəm. Çünki nəsə desəm, o saat deyəcəklər ki, Tolik yenə də özünü atdı ortalığa. Məni tanıyan hər kəs də yaxşı bilir ki, Tolik kimə lazımdırsa, öz sözünü açıq-aydın deyə bilir və heç kimdən də qorxacağı yoxdur. Özü də şəxsi profilimdə sözümü deyirəm. Bəzi müğənnilər kimi başqa profil açdırıb, orda gizlənib danışmıram. Tolikin sağ ayağı onların başına, məni hər kəs tanıyır və gördüyüm işlər də göz qabağındadır. Sözüm birbaşa ünvanlı olur”.

Xatırladaq ki, Natəvan Həbibi şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Bu barədə müğənninin prodüseri Roland məlumat verib: “Natəvan konsertindən öncə onları məhkəməyə verib. Hazırda iş məhkəmədədir. Əgər kiminsə savadı yoxdursa, özbaşınalıq edirsə, bu, onun öz işidir. Natəvan Həbibi Azərbaycan Respublikasının vətəndaşı olaraq öz konstitusiyasına hörmət edir. Kimsə onu sübutsuz təhqir edəndə onlar kimi ucuz variantlara əl ataraq cavab vermir. Məhkəməyə müraciət edir. Kimsə özünə reklam qazanmaq üçün çaşıb, ağzına gələni danışıb. Natəvan xanım da həmin adamları faktlarla məhkəməyə verib. Məhkəmə nə qərar çıxaracaq, kimi günahkar biləcək, qısa vaxtda bəlli olacaq. Onu da deyim ki, deyəsən, qarşı tərəf məhkəməyə çağırılaraq, artıq dindirilib. Məhkəmənin qərarından sonra hamı öz yerini biləcək”. Qeyd edək ki, Roland Tolik, Zorik və Aygün Kazımovanı nəzərdə tutaraq bu ifadələri işlədib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm