• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Oskar 2014”-ün nominantları açıqlanıb

“Oskar 2014”-ün nominantları açıqlanıb

Amerika Kino Akademiyası “Oskar 2014” mükafatını almağa iddialı namizədlərin siyahısını açıqlayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, fəxri mükafatı aktrisa Ancela Lensberi, aktyor və prodüser Stiv Martin, həmçinin geyim dizayneri Pyero Tozinin alacağı şübhəsizdir. Humanitar sahədə xidmətlərinə görə Ancelina Coli də mükafatsız qalmayacaq.

“Oskar”ı “Ən yaxşı aktrisa” nominasiyasında “Filomena” filmindəki roluna görə Cudi Dençinin alacağı gözlənilir. Bu, karyerasını bitirən aktrisanın sonuncu mükafatı olacaq. Namizədlər arasında bu il 3-cü dəfə "Oskar"a iddialı Leonardo Di Kaprio da var.

Mükafatın 86-cı təqdimetmə mərasimi martın 2-də Hollivudun "Dolby" teatrında keçiriləcək.

Belə ki, yekunlaşan səsverməyə əsasən, qızıl heykəlciyi alacaq əsas nominantların siyahısını təqdim edirik:

"Ən yaxşı film" - "12 illik əsarət", "Kapitan Fillips", "Dallas alıcıları klubu", "Cazibə qanunu", "Filomena", "Amerikasayağı Afrika", "Uol-Strit canavarı", "O"

"Ən yaxşı rejissor" - Alfonso Kuaron "Cazibə qanunu", Stiv MakKuin "12 illik əsarət", Aleksandr Peyn "Nebraska", Devid O. Rassell "Amerikasayağı Afrika", Martin Skorseze "Uol-Strit canavarı".

"Ən yaxşı aktyor" - Metyu Makkonahi "Dallas alıcıları klubu", Leonardo Di Kaprio "Uol-Strit canavarı", Çivatel Eciofor "12 illik əsarət", Kristian Beyl "Amerikasayağı Afrika", Brüs Dern "Nebraska"

"Ən yaxşı aktrisa" - Keyt Blanşett "Jasmin", Culi Denç "Filomena", Emi Adams "Amerikasayağı Afrika", Sandra Ballok "Cazibə qanunu", Meril Strip "Avqust"

"Ən yaxşı ikinci dərəcəli aktyor" - Barkhad Abdi "Kapitan Fillips", Cona Hill "Uol-Strit canavarı", Bredli Kuper "Amerikasayağı Afrika", Maykl Fassbender "12 illik əsarət", Cared Leto "Dallas alıcıları klubu"

"Ən yaxşı ikinci dərəcəli aktrisa" - Salli Houkins "Jasmin", Cennifer Luorens "Amerikasayağı Afrika", Lyupita Nionqo "12 illik əsarət", Culiya Roberts "Avqust", Cun Skuibb "Nebraska".

"Ən yaxşı geyim dizaynı" - "Amerikasayağı Afrika", "Dahi usta", "Böyük Qetsbi", "Görünməz qadın", "12 illik əsarət". /Anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR