Tabloid.az
Məşhur Azərbaycan bəstəkarı İsraildə öldü
Məşhur Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat etmişdi.
Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulmuşdu. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirmişdi. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdi. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. “Şərəf nişanı” ordeni ilə təltif edilmişdi.
E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidi.
E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu.
E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdi. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.
2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi.
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi