Bu gün Mikayıl Müşfiqin doğum günüdür
Bizi izləyin

Tabloid.az

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil...

Adını Azərbaycan poeziyasına qızıl hərflərlə yazan incə ruhlu şair Mikayıl Müşfiqin bu gün doğum günüdür.

Qısa, amma mənalı ömür yolu keçən Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931). Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Bu gün Azərbaycanda şairlər günü kimi qeyd olunur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm