• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vaqif Səmədoğlu ad günündə nə istədi? – Özəl

Vaqif Səmədoğlu ad günündə nə istədi? – Özəl

Mə­nə ya­şa­maq yox,
şeir yaz­maq gə­rək­dir…|

Bu gün bu gözəl misraların müəllifi, Azərbaycan poeziyasının sözün əsl mənasında nəhəng şairi Vaqif Səmədoğlunun doğum günüdür. 75-in kürəyini yerə vuran sevimli şairimizi biz də təbrik etmək istədik. Sevincindən və həyəcanından danışa bilməyən Səmədoğlunun yerinə ömür-gün yoldaşı Nüşabə xanım cavab verdi: “Başımız qarışıqdır, axşamkı tədbirə hazırlaşırıq. Vaqif doğum günlərində həyəcanlı olur, bu dəfə də eyni həyəcanı yaşayır. Bu da anlaşılandır. Yaş artdıqca ömür qısalır, bu da insanda həyəcan yaradır. Vaqif bu saat həmin həyəcanı yaşamaqdadır”.

Onu da öyrəndik ki, doğum günündə şairi ilk təbrik edən də Nüşabə xanım olub: “Gecə saat on ikinin tamamında Vaqifi təbrik etdim, ona arzularımı bildirdim. Uzun illərdir ki, o, ilk hədiyyəsini məndən alır. Bu bir ənənədir, ona kitab bağışlayıram. Daha doğrusu, kitablarını çap etdirib özünə təqdim edirəm. Bu dəfə də belə oldu, onun kitablarını çap etdirmişəm, doğum günü törənində özünə və sevənlərinə hədiyyə edəcəyəm”.

Nüşabə xanım Vaqif Səmədoğlunun arzularından da danışdı: “Vaqifin ən böyük arzusu uzun ömürlə bağlıdır. Çox yaşamaq istəyir. Bir dəfə ikilikdə olanda soruşdum ki, neçə il ömür sürmək istərdin? Dedi, 92 il yaşamaq istəyir. Bu sözü deyəndən sonra çox kövrəldi. Elə mən də. Çox istərdim, Allah onun arzusunu yerinə yetirsin”.

Biz də Publika.az olaraq uca Tanrıdan şairə uzun ömür və ilk növbədə cansağlığı arzulayırıq. Təbii ki, yeni şeirlər də öz yerində.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR