"Toya bir gün qalmış" nə baş verir?
Bizi izləyin

Tabloid.az

"Toya bir gün qalmış" nə baş verir?

"Toya bir gün qalmış" nə baş verir?

Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşa hazırlanır. Publika.az-ın məlumatına görə, Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Hazırda teatrda əsərin qiraət məşqləri gedir.


Quruluşçu rejissor Əsgər Əsgərov komediya janrında hazırlanan tamaşa barədə düşüncələrini belə ifadə edir: “Əsər ötən əsrin 60-cı illərində yazılsa da, müasir günümüzdə də kifayət qədər aktualdır. Dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə mənfur məqsədlər üçün istifadə olunması dayanır. Yalnız sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”.

Əsas rollarda respublikanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev iştirak edirlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm