• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Habil Əliyev evə buraxıldı

Habil Əliyev evə buraxıldı

"Habil müəllimin səhhəti yaxşıdır. Narahatçılığa ehtiyac yoxdur".

Bunu mətbuata açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.

Şərqiyyə xanım bildirib ki, H.Əliyev ötən gün xəstəxanadan evə gətirilib, hazırda səhhəti normaldır, özünü yaxşı hiss edir.

Onun sözlərinə görə, xalq artisti xəstəxanadan dünən çıxarılıb.

“Həkimlər müayinə etdilər. Bir az ürək, ağciyər çatışmazlığı var idi. Tibbi yardım göstərildi. Hazırda evdədir. Yaxşıdır Allaha şükür. Onun səhhətində elə bir problem yoxdur, sadəcə, bu yaxınlarda qardaşı rəhmətə getmişdi. Onun yasında Habil müəllimə soyuq olub. O vaxtdan narahatçılığı vardı”,– deyə sənətkarın həyat yoldaşı qeyd edib.


Qeyd edək ki, Azərbaycanın Xalq artisti, məşhur kaman ustası Habil Əliyevin səhhətində problem yarandığı üçün iki gün öncə Bakı Sağlamlıq Mərkəzinə aparılaraq həkim müayinəsindən keçib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR