Habil Əliyevin səhəti ilə bağlı - SON XƏBƏR - VİDEO
Bizi izləyin

Tabloid.az

Habil Əliyevin səhəti ilə bağlı - SON XƏBƏR - VİDEO

Müalicəsini evdə davam etdirən Habil Əliyev xəstəxanada yatmaqdan imtina edib. Kaman ustasının həyat yoldaşı bildirib ki, bütün ümidlərini möcüzəyə bağlayıblar.

Müalicəsini evdə davam etdirən Habil Əliyev xəstəxanada yatmaqdan imtina edib. Kaman ustasının həyat yoldaşı bildirib ki, bütün ümidlərini möcüzəyə bağlayıblar.

Habil Əliyev Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenlərinin sahibidir. Amma bütün bu rəsmi titullardan əlavə də o, Azərbaycanda bir nömrəli kamança ustasıdır. Bu o vaxt da belə olub, bu gün də belədir. Hərdən adama elə gəlir ki, o, öz işinin kamil ustası olmasaydı, bədxah qonşularımız kamanı da çoxdan əlimizdən almışdılar. İndi isə ölüm onu bizdən almaq istəyir.

Hazırda müalicəsini evdə davam etdirən Habil Əliyev xəstəxanada yatmaqdan imtina edib. Bunu darıxması ilə əsaslandırıb. Allah şəfa versin Habil müəllimə! Onun yoxluğu da bizi təkcə kaman üçün yox, elə kamanı inlədən o barmaqlar üçün də darıxdırardı.

Habil Əliyev “darıxıram, arvadla bütün söhbətləri eləyib qurtarmışıq. Onunla da dalaşırıq”, – deyə bildirib. Kaman ustası bildirib ki, sənəti, mədəniyyət adı ilə təmsil edənlər hamısı gedib: “İndi bizim əlimizə düşüb, alçaldanlar”.

Habil Əliyevlə dəyərlərimiz haqqında bu söhbəti ötən ilin qışında edib. Söhbətə məmnuniyyətlə razılaşmışdı. Baxmayaraq ki, onda da səhhəti yaxşı deyildi. Bu gün isə onun səhhəti ümumiyyətlə yaxşı deyil və sənətkar hətta danışığını belə itirib. O, ağciyər pnevmaniyası və ürəkçatışmazlığından əziyyət çəkir.

Həyat yoldaşı Şərqiyyə xanımın sözlərinə görə, bu gün səhər saatlarına qədər hətta H.Əliyevi itirə bilcəklərinin narahatlığını yaşayıblar. Amma indi vəziyyəti nisbətən stabilləşib və sənətkar iynənin təsiri ilə yatır. Onun yataq şəraitində çəkilib, efirə verilməsinin tərəfdarı olmadığını əsas gətirən Şərqiyyə xanıma açığı, biz də dəstək verdik. Çünki Habil Əliyevi həmişə gümrah, zarafatcıl, necə deyərlər yaşından çox-çox cavan, enerjili görmüşük.

Möhkəm olun ustad. Cəmi üç ildən sonra 90 yaşınızı qeyd edəcəyik. Hara tələsirsiniz? Lütfən, kamanı ağlar qoymayın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm