Masallı qonaqlarını layiqincə qarşılayacaq
Bizi izləyin

Tabloid.az

Masallı qonaqlarını layiqincə qarşılayacaq

Masallı qonaqlarını layiqincə qarşılayacaq

İyunun 12-16-da Masallıda III Beynəlxalq folklor festivalının keçiriləcəyi ilə bağlı məlumat vermişdik.

Təşkilat komitəsindən Publika.az-a verilən xəbərə görə, artıq festivala hazırlıq işləri tam yekunlaşıb. Masallı, demək olar ki, qonaqlarını qarşılamağa hazırdır.

İyunun 11-dən qonaqlar rayona gəlməyə başlayacaqlar. Festivalda 9 ölkənin 17 folklor qrupu iştirak edəcək. Rayona təxminən 300 nəfərə yaxın qonağın gələcəyi gözlənilir.

Təşkilat komitəsindən bildiriblər ki, qonaqları yüksək səviyyədə qəbul etmək üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, festivalın açılış mərasimi iyunun 13-də, bağlanış mərasimi isə 15-də keçiriləcək. İyunun 14-də isə Masallının kəndlərində festival iştirakçılarının konsertləri olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm