Baba Vəziroğlu: “Bilmirəm, 60 yaş hardan gəlib çıxdı?”- Fotolar
Bizi izləyin

Tabloid.az

Baba Vəziroğlu: “Bilmirəm, 60 yaş hardan gəlib çıxdı?”- Fotolar

Baba Vəziroğlu: “Bilmirəm, 60 yaş hardan gəlib çıxdı?”- Fotolar

Tanınmış şair, çoxsaylı sevilən mahnıların mətn müəllifi, “Humay” mükafatı laureatı, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi qeyd edilib.

Publika.az-ın məlumatına görə, tədbir şairin doğulub-böyüdüyü İsmayıllı rayonunda keçirilib. Saleh Bağırovun aparıcılıq etdiyi mərasimdə müəllif özü də çıxış edərək təəssüratlarını və hisslərini bölüşüb: “Bilmirəm 60 yaş hardan gəlib?! Bunun 58 ilini danışıram, yazıram, düşünürəm. Bu günsə sizləri dinləmək istəyirəm. Adətən, belə günlərdə insanı tərif edirlər. Lakin mən bu gün sizin tənqidlərinizi də eşitmək istəyirəm. Əgər dəyər verən yoxdursa, heç nəyin dəyəri olmayacaq. Dəyər verdiyiniz üçün çox sağ olun”.

Şair mərasimdə “Məndən bir də olmayacaq” şerini ifa edib və sonra da tədbir boyu şeirlərindən nümunələr səsləndirib.

Yubiley tədbirində xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur və başqaları B. Vəziroğlunun sözlərinə bəstələnən mahnıları ifa ediblər. Rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov, Azərbaycan “Qızıl Aypara və Qızıl Xaç Komitəsi”nin prezidenti, bəstəkar Novruz Aslan şair haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən müğənni Yaşar Cəlilov B. Vəziroğlunun sözlərinə Kamalın bəstələdiyi “Ulduzlu gecə” adlı yeni mahnısını ifa edib. Eyni zamanda bu kompozisiyanın televariantı da qonaqlar üçün nümayiş olunub. Mahnını tamaşaçılara şair özü təqdim edib: “Bu gün yeni bir nəğməmizi də eşidəcəksiniz. Mahnı “Ulduzlu gecə” adlanır. Sözləri bəndənizə, musiqisi Kamal müəllimə məxsus. Bu mahnını cavan və istedadlı müğənniyə həvalə etdik. Yaşar Cəlilovun ifasında “Ulduzlu gecə”ni dinləyin”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm