• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hamilə qadınlar karnavalda nələr etdilər... - FOTOLAR

Hamilə qadınlar karnavalda nələr etdilər... - FOTOLAR

Danimarkanın paytaxtı Kopenhagendə adət halına gələn karnaval mərasimi bu il heç də Rio-de-Janeyrodan geri qalmayıb.

32-ci dəfə keçirilən karnavalda samba, rumba musiqiləri altında rəqs edən qruplar, Hojbroplads Meydanından başlayaraq “Köbmagergade” küçəsindən keçiblər.

Şəhərin mərkəz yerlərindən olan “Köbmagergade” küçəsindən keçən qadınlar arasında hamilə olanlar xüsusilə diqqət çəkib.

Braziliya, Argentina, Kolumbiya kimi ölkələrdən gələn musiqi qruplarının çaldıqları Samba, Rumba musiqiləri altında qəribə, rəngli geyimləri ilə bir-birindən çılğın rəqslər edən cazibədar qadınlar izləyənlər tərəfindən çox bəyənilib.

Bundan başqa 3 günlük karnavalın ikinci günündə uşaqlardan ibarət rəqs qrupları “Vesterbrogade” küçəsindən yürüş ediblər.

Karnavalda iştirak edən rəqs və musiqi qrupları arasında ən yaxşıları seçilərək mükafatlandırılacaq. /Gun.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR