Tanınmış müğənninin "İnfiniti"sini oğurladılar
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənninin "İnfiniti"sini oğurladılar

Tanınmış rusiyalı müğənni Vladimir Presnyakov maşın oğrularının qurbanına çevrilib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 45 yaşlı müğənni və bəstəkarın "Infiniti" markalı avtomobilini evinin qarşısından oğurlayıblar.

Vladimir bir neçə gün əvvəl maşınını evinin qarşısında park edibmiş. Bu səhər isə maşını həmin yerdə görməyib.

O, polisə müraciət edib. Onun ərizəsində qeyd olunub ki, avtomobilinin qiyməti 40 min avro olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm