• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalq artistinin qızının biznesi genişlənir - FOTOLAR

Xalq artistinin qızının biznesi genişlənir - FOTOLAR

Tanınmış stilist-vizajist Şəfəq Novruzova biznesini genişləndirib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qızı olan Şəfəq gözəllik salonu şəbəkəsinə daha birini əlavə edib.

Publika.az-ın məlumatına görə, salonun açılış mərasimində başda vizajistin ailə üzvləri – atası R. Novruz, anası və qardaşı, müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da iştirak edib. Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artsitlər Vəfa Zeynalova, Münəvvər Əliyeva, Anar Heybətov, müğənnilər Zarina Məmmədova, Emil Bədəlov, Xatun, Məryəm Şabanova, prodüser Təranə Səmədova, aparıcı Lamiyə Ələkbərqızı və KİV nümayəndələri də olub.

Övladları ilə qürur duyduğunu deyən xalq artisti R. Novruz onlara hər zaman dəstək olduğunu dedi: “Övladlarıma hər zaman məsləhətim bu olub ki, yaxşı bacardıqları işlə məşğul olsunlar. Onlara sənət seçimindən mane olmamışam, amma məsləhət vermişəm”.

Atası və qardaşından fərqli yol seçən Ş. Novruzova isə bu işə biznes kimi baxmadığını dedi: “ Əslində, elə mən də yaradıcı işlə məşğulam. Əsas məqsədim budur ki, hər evdən mənə bir dua gəlsin. İstər ustalarım, istər müştərilərimin duaları məni çox sevindirir. Allah mənim başımdan ona görə tökür ki, mənə dua edənlər çoxdur”.

On yeddi ildir ki, vizaj sənəti ilə məşğul olan Şəfəq qadınlara məsləhət verməyi də unutmadı. Vizajist makiyajda daha çox göz kölgələrinə önəm verməyi məsləhət gördü: “Göz kölgələrindən, göz xətlərindən düzgün istifadə etmək lazımdır. Saçlarda isə təbiiliyə üstünlük versinlər. Bəzən öz yığdığımız saçlar daha təbii olur. Biz müştərilərimiz təbiilik veririk. Biz iş başında olanda maddiyyatı unuduruq”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR