“Varlı qadın” Şuşa teatrında
Bizi izləyin

Tabloid.az

“Varlı qadın” Şuşa teatrında

“Varlı qadın” Şuşa teatrında

İyun ayının 9-da Şuşa Musiqili Dram Teatrında Əli Əmirlinin məşhur “Varlı qadın” komediyasına daxili baxış olub.

Publika.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verib. On doqquz aktyorun iştirak etdiyi tamaşada baş rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa edib. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, teatrşünas Vəfa Novruzova tamaşanı yüksək qiymətləndirərək teatrın kollektivini maraqlı quruluş və yaxşı aktyor oyunu münasibəti ilə təbrik edib. Şuşalı aktyorlar cari teatr mövsümünü “Varlı qadın”ın premyerası ilə yekunlaşdıracaqlar.

Onu da qeyd edək ki, tanınmış dramaturqun bu komediyası respublikamızın və bir sıra xarici ölkənin iyirmiyə yaxın teatrında Azərbaycan, rus, qazax, tacik, özbək, gürcü, qırğız, krım-tatar, kumık, ləzgi dillərində tamaşaya qoyulub, dörd beynəlxalq teatr mükafatına layiq görülüb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm