Niyaməddin Musayevi ağladırlar
Bizi izləyin

Tabloid.az

Niyaməddin Musayevi ağladırlar

Niyaməddin Musayevi ağladırlar

Xalq artisti Niyaməddin Musayevi ağladırlar.

Publika.az-ın məlumatına görə, müğənni hədsiz duyğusal olduğunu, qəlbini titrədən musiqiləri eşidəndə özünü saxlaya bilmədiyini və kövrəldiyini deyib: “Bəzən efirdə elə musiqiləri eşidirəm ki, təsirlənirəm.

Özümü saxlaya bilməyib ağlayıram. Xüsusən də, lirik musiqilər məni çox duyğulandırır. İnsanın ruhuna təsir göstərir”.

Xalq artisti öz bəstələrinin başqa həmkarların ifasında səslənməsinə də münasibət bildirib: “Qoy oxusunlar, mən buna yaxşı baxıram. Məsələn, Nazənin, Xatun, Mətanət İsgəndərli mənim mahnımı oxuyublar, özü də çox gözəl alınıb”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm