Müğənni Ayan zibilliyə atılan körpəylə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müğənni Ayan zibilliyə atılan körpəylə - FOTOLAR

Müğənni Ayan Babakişiyeva bir neçə gün öncə zibillikdən tapılmış körpəni ziyarət edib.

Müğənni Ayan Babakişiyeva bir neçə gün öncə zibillikdən tapılmış körpəni ziyarət edib.

O, bu barədə “İnstagram” sosial şəbəkəsində foto paylaşıb və status yazıb.

“Balaca körpənin zibillikdən tapılma xəbərini oxudum və mənə çox pis təsir etdi. Bir az öncə xəstəxanada yanında idim. Qardaşım Samir də durmadan mənə zəng edirdi ki, tez get Nərminin yanına. Çünki özü İstanbulda olduğundan əli çatmır ona.

Əsas övlad dünyaya gətirmək deyil. Ana olmaq üçün onun məsuliyyətini hiss etmək lazımdı. Qaldı ki, körpənin baxımına çox yüksək səviyyədə qulluq olunur. Allah razı olsun... Allah heç bir körpəni valideyinsiz etməsin və onları qorusun”.

Qeyd edək ki, Nigar adlı körpə bir neçə gün öncə zibil qutusundan tapılıb.

Paytaxtın Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yaxın yerdə tapılan körpə elə həmin xəstəxanaya verilib. Körpə bir neçə gün müalicədən sonra 1 saylı uşaq evinə aparılıb, ancaq sonradan səhhətində problem yaranan qızcığaz yenidən xəstəxanaya qaytarılıb. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm