Günay İbrahimli keçmiş prodüserinin cavabını verdi – Qalmaqal
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli keçmiş prodüserinin cavabını verdi – Qalmaqal

Günay İbrahimli keçmiş prodüserinin cavabını verdi - Qalmaqal

Prodüser Təranə Səmədova ilə müğənni Günay İbrahimli arasında soyuq müharibə, deyəsən, hələ çox davam edəcək.

Təranənin son açıqlaması belə deməyə əsas verir. Qeyd edək ki, prodüser T.Səmədova Teleqraf.com saytına açıqlama verərək belə demişdi: “Günay İbrahimlinin bu gün mənim əziyyətimi yerə vurub, “Ruzini Allah yetirir” deməklə özünə haqq qazandırmağına azacıq qıcıq oluram. Məgər, gəlib sənə deyirəm ki, sənə ruzini mən verirəm? Özünə haqq qazandırmaq üçün belə sözlərə gərək yoxdur. Düzdür, ruzini Allah yetirir. Günay, səndən ayrılandan sonra acından öldüm ki, sən də pul qazana bilməyəsən? Bu gün sən mənimlə işlədiyin vaxtdan qat-qat artıq pul qazanırsan. Və bilirsən ki, sənin qazandığın pullarda mənim də əməyim var. Özünü bu kimi sözlərlə aldadıb, təskinlik tapırsan... Televiziyada, radiolarda hər dəfə mənə replika atır. Adımı çəkməyə isə cürəti çatmır. Çünki çəksə də belə, ətrafı onu qınayar ki, Günay, sənin başın xarab olub. Yəni səni tanıdıb, məşhur edən Təranə Səmədova olub. İndi qınından çıxıb, bəyənməzlikdən gəlirsən?!”

Publika.az-a açıqlamasında keçmiş prodüseri Təranə Səmədova ilə bağlı mövzunu qapadığını deyən Günay onun fikirləriylə qətiyyən razılaşmadığını bildirdi və sözünün üstündə durduğunu vurğuladı: “Bəli, ruzini verən Allahdır. Mən hər yerdə bunu demişəm və yenə də təkrarlayıram. Mən ruzi-bərəkətimi Allahın köməkliyi ilə qazanıram. Təranə Səmədovanın da dediklərinə cavab vermək fikrində deyiləm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm