Faiq Ağayevdən maraqlı təklif
Bizi izləyin

Tabloid.az

Faiq Ağayevdən maraqlı təklif

Faiq Ağayevdən maraqlı təklif

Xalq artisti Faiq Ağayev “Facebook”da maraqlı təkliflə çıxış edib.

Publika.az-ın məlumatına görə, sənətçi “Facebook”da Azərbaycan dilini səlis bilənlərə müraciət edib. F.Ağayev belə bir paylaşım edib: “Mən “selfi” sözünu “ŞəxsiƏks” – “şəxsən əks etdirmək” kimi tərcümə etdim. “Selfie” sözünə “özçəkim” kimi tərcümə təklif etməyin. O, Anadolu türkcəsinin məhsuludur. Azərbaycan dilində “çəkim” yox, “çəkiliş” və ya “çəkmək” deyilir”.

Daha sonra isə xalq artisti özünün Rusiyada çəkdiyi fotosunu “Instagram”da “#şexsieks” haştaqı ilə paylaşıb. “Selfie” sözünün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan “selfie” fotolar daha çox “Instagram”, “Facebook”, “Twitter” ,“Google+”, “Linkedin”, “Foursquare”, “Picassa” və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasiləri, şou-biznes əhli “selfie” üslubunda şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm