Nisə Qasımova Qarabağda - Fotolar
Bizi izləyin

Tabloid.az

Nisə Qasımova Qarabağda - Fotolar

Xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsində konsert proqramı davam edir.

Publika.az-ın məlumatına görə, sənətkarın öz təşəbbüsü və Müdafiə Nazirliyinin xətti ilə həyata keçirilən konsert Milli Qurtuluş Gününə həsr edilən növbəti konsert ötən gün Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin yay zalında baş tutub. Xalq artisti bu dəfə horadizlilərin qarşısında çıxış edib.

Konsertdən öncəki rəsmi hissədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Çıxışının sonunda icra başçısı, Nisə xanıma xüsusi təşəkkürünü bildirib və sənətkarın Qarabağ bölgəsində konsert verməsini alqışlayıb. Xalq artisti öz növbəsində bu addımı atmağı müğənni olaraq özünə borc bildiyini deyib.

Nisə xanım çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı prezident İlham Əliyev, eləcə də Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ölkəmiz, xüsusilə mədəniyyət və incəsənət sahəsinə olan xüsusi diqqətlərini və onların ölkənin inkişafı üçün gördükləri işləri diqqətə çatdırıb. Nisə xanım "Biz hamımız İlham Əliyev cənablarının səsinə hər zaman səs verib, onun Azərbaycanımız üçün gördüyü işləri dəstəkləməliyik", - deyə bildirib. Sonra xalq artisti hər kəsi bayram münasibətilə təbrik edərək repertuarında yer alan mahnıları ifa edib. Konsert zamanı Nisə xanımı İsmayıl Əlizadənin rəhbərlik etdiyi "Kainat" instrumental ansamblı müşayiət edib. Xatırladaq ki, hazırda Ağdam rayonunun Quzanlı kəndində olan xalq artisti sabah orda yerləşən N saylı hərbi hissədə növbəti konsert proqramı ilə çıxış edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm