Habil Əliyevi hələ də danışmağa qoymurlar - Özəl
Bizi izləyin

Tabloid.az

Habil Əliyevi hələ də danışmağa qoymurlar - Özəl

Habil Əliyevi hələ də danışmağa qoymurlar - Özəl

Ustad sənətkar Habil Əliyevin vəziyyəti yaxşılaşsa da, həkimlər hələ də onun danışmasına icazə vermirlər.

Publika.az-a bu barədə sənətkarın ömür-gün yoldaşı Şərqiyyə xanım açıqlama verib: “Şükür Allaha, Habilin səhhəti yaxşıdır, danışır, qalxır, yatağında oturur.

Amma hələ də həkimlər onun kənar adamlarla danışmağına icazə vermirlər. Habil emosional adamdır, ola bilər, söhbət zamanı həyəcanlansın. Bu da onun səhhətinə pis təsir göstərə bilər. Qızlarımız da həkimdir, bütün günü atalarının başı üstündə dayanıb nəzarət edirlər. Həkimlərin müalicəsini onlar evdə davam etdirirlər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm