• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Siqaret xəbəri Rəqsanəni dəli etdi: "Qəlyan çəkmişəm...."

Siqaret xəbəri Rəqsanəni dəli etdi: "Qəlyan çəkmişəm...."

Bu gün mətbuatda gedən araşdırmada siqaret çəkən şou nümayəndələrinin adları açıqlanıb.

Adlar sırasında müğənni Rəqsanə İsmayılovanın da adı hallanıb. Barəsində yazılanı yanlış adlandıran müğənni bunları açıqlayıb:

“Peşəsindən asılı olmayaraq, siqret çəkən xanımların bu asılılığına normal yanaşıram. Kimin ürəyi istəyir siqaretini çəkir. Amma mən bu günə qədər nə siqaret çəkmişəm, nədəki spritli içki qəbul etmişəm. Bunlar heç vaxt məni özünə cəlb etməyib. Siqaretin qoxusun sevmirəm. Nə qədər parfum, bahalı ətirlər istifadə etsən belə, onun siqaretin qoxusunu ört-basdır eləmək mümkün deyil. Heç kim də deyə bilməz ki, Rəqsanə filan vaxt siqaret çəkib. Bi müddət qəlyan qəbul edirdim. Həkimin tövsiyəsindən sonra 3-4 ay olar ki, qəlyanı atmışam”. /Gecce.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR