• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Firuzə İbdaova: “O, dodağımdan da öpə bilər”

Firuzə İbdaova: “O, dodağımdan da öpə bilər”

Firuzə İbadova bu açıqlaması ilə yenidən diqqətləri üzərinə çəkdi.

Əməkdar artist Firuzə İbadova bu gün “Bizim gün” verlişinin qonağı olub. Xanım sənətçi son günlər maqazin saytlarının və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilən muğam ustadı Canəli Əkbərovnan çəkildiyi qalmaqallı fotolarından danışıb:

“Məndən yaşca kiçiklər mənim qardaşlarımdır. Məndən yaşca 5-10 yaş da kiçik olan insan mənim övladımdır.

Canəli müəllim məni orada yanaqdan öpüb. Dodaqdan da öpə bilər. Nə var ki, burda?!

5 il bundan öncə Opera Balet Teatrında bir tədbirdə idik. Canəli müəllim nə qədər sənətçi xanımlarımızı öpdü həmin gün, gəlib məni də öpdü. Nə olar, ay bala?! Ərsiz qadınam, qoy öpsündə! Canəli müəllim mənə zəng etdi, dedi “Ay bala, onlar niyə belə edir?!” Dedim “Canəli müəllim, deməli sən, mən varıq da!” Canəli müəllim biznesmen deyil ki, sənət yoldaşımdır. Biznesmen məni öpə bilər. Subay qadınam, nolar ki, savabdır! Canəli müəllim mənim yanımdan düz də keçsə, mən gedib güclə onu yolundan saxlayıb öpəcəm, güclə də olsa öpəcəm”. /Gecce.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR