Faiq Ağayev ayaqyolunda şəkil çəkdirən qızları qınadı
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev ayaqyolunda şəkil çəkdirən qızları qınadı

Xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə müxtəlif adlardan istifadə edənləri qınayıb. O, ATV-də yayımlanan verilişdə özünün də sosial şəbəkələrdə aktiv olduğunu söyləyib:

“Bəzən sosial şəbəkələrdə “Şirinka” adlı istifadəçilərlə rastlaşıram. Bu kəlmə yaxşı yozulmur. Bəlkə, elə bilirlər ki, "Şirinka" şirin bala anlamına gəlir, ancaq bu, elə deyil! Heç olmasa, rus dilini bilənlərdən soruşun, bu sözün mənası kişi şalvarının bağlanan yeri deməkdir. Bir də görürsünüz, xanımlarımız “vor zakonka” adı ilə sosial şəbəkələrdən istifadə edirlər. Yığışdırın belə adları. Sən hansısa ailənin balasısan, qızsan, ayıbdır. Sabahısı günü ərə gedəcəksən”.

Sənətçi virtual aləmdə çox yanlışlıqların olduğunu vurğulayıb. O həmçinin ayaqyolunda dodağını önə verib şəkil çəkdirənləri də qınaq obyektinə çevirib. (Tabloid.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm