Tabloid.az
Elnarəni polisdən xilas edən saqqallı gənc kimdir? - VİDEO
Dünən xəbər saytlarında tanınmış müğənnilərindən birinin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlanılmasına dair məlumat yayıldı.
Müğənni Elnarə Xəlilovanın idarə etdiyi "Jeep Wrangler" markalı
avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə
olunan dayanacağa aparılıb. Müşahidə kameralarının yaddaşına həkk
olunmuş görüntülərdən də görünür ki, müğəninin paytaxtın
küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə
nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və
üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb. "ELNARƏ"
löhvəli avtomobili idarə edən müğənni Parlament prospektində, 20
nömrəli orta məktəbin qarşısında hərəkətdə olarkən yol hərəkəti
qaydalarını kobud şəkildə pozur, qəza şəraiti yaradır, daha sonra
müşahidə kameralarına əl də edərək «salam» göndərir. Lakin
müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın
«Azneft» meydanı ərazisində saxlanılır. Amma maraqlıdır ki, Elnarə
Xəlilova əvvəlci çavuş rütbəli bir DYP əməkdaşı tərəfindən
saxlanılır. İnspektor dərhal avtomobilin və nömrənin fotolarını
mobil telefon vasitəsilə çəkməyə başlayır. Bir qədər sonra 10 YP
536 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını da olay yerinə
yaxınlaşır. Onların arasında bir nəfər zabit də var. Onlar
avtomobilin ətrafına toplandıqları bir vaxta mülki geyimli, saqqalı
bir gənc yol polislərinə yaxınlaşır. Polislərdən biri ilə opüşüb
görüşən bu gənc onlara nə deyirsə, Elnarə Xəlovaı maşını sürüb
getməyə başlayır. Yol polisləri isə dərhal kənara çəkilib ona yol
verirlər. Maraqlıdır, bu cür kobud qayda pozuntularını, eləcə də
saxta nömrəni aşkar edən 4 yol polisi əməkdaşı müğənnini niyə
sərbəst buraxır? Onlara yaxınlaşan saqqalı gənc kimdir?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə açıqlamasında bildirib ki, görüntülərdəki 2013-cü il modelli "Jeep Wrangler" markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil artıq 3 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
Vaqif Əsədov əlavə edib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməllləri yolverilməzdir:
"Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Kadrlardan göründüyü kimi, Elnarə Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə də həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib".
DYP-nin açıqlamasından da görünür ki, Elnarə Xəlilovanın əməlləri göz yumulası əməllər deyil. Elə isə bu suala cavab tapmaq istərdik; «Azneft» meydanında saqqalı gənclə görüşəndən sonra 4 YPX əməkdaşı niyə müğənninin əməllərinə göz yumub onu sərbəst buraxırdılar?
Məsələ ilə əlaqədar Elnarə Xəlilova hələlik heç bir açıqlama verməyib. /Axşam.az/
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO