Elnarənin “Jeep”i cərimə meydançasında saxlanılır - VİDEO
Bizi izləyin

Tabloid.az

Elnarənin “Jeep”i cərimə meydançasında saxlanılır - VİDEO

Bir neçə gün bundan öncə müğənni Elnarə Xəlilovaya məxsus “Jeep” markalı avtomobil Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparılıb.

Bir neçə gün bundan öncə müğənni Elnarə Xəlilovaya məxsus “Jeep” markalı avtomobil Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparılıb.


ANS TV-nin məlumatına görə, 13 iyul axşam saatlarında Elnarə Xəlilovaya məxsus avtomaşının dövlət nömrə nişanının üzərinə kustar üsulla hazırlanmış qeyri standart və üzərində müğənninin adı yazılmış löhvə aşkarlanmışdı. Bütün bunlar təhlükəsizlik kameralarında anbaan lentə alınıb. Sürücü xanım Azneft dairəsində yol polis əməkdaşları tərəfindən saxlanılır.

Ancaq o, əmrə tabe olmaq istəmir. Hətta, adı yazılmış löhvəni özü qoparmaq istəyib. Lakin polis əməkdaşları buna imkan vermir. Və ona avtomaşınını cərimə meydançasına aparmaq üçün protokol təyin olunur. Bundan sonra müğənni bu azmış kimi avtomaşınını cərimə meydançasına apararkən Parlament prospektində yolun qadağan olunmuş hissəsində maşınını saxlayıb müşahidə kameralarına əl edib. Daha sonra o, yolda qəza şəraiti də yaratmaqdan çəkinməyib.

Onun 99 FB 078 dövlət qeydiyyat nişanlı avtomobili artıq 6 gündür ki, cərimə meydançasında saxlanır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, onun avtomobili sürücünün yol hərəkəti qaydalarının kobud şəkildə pozduğu gündən cərimə meydançasında saxlanılır. Müfaviq olaraq protokol tərtib olunub.

Bundan başqa şöbə rəisi onu da bildirdi ki, Elnarə Xəlilova cərimə meydançasından avtomobilini götürmək üçün müraciət belə etməyib.

Problemlə bağlı elə Elnarə xanımın özü ilə əlaqə saxlamağa çalışdıq. Və suallarımızı ünvanlasaq da o, yalnız bir cavabla kifayətləndi və bildirdi ki, bu hadisə ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcək. Və hər şey orda aydınlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm