Flora Kərimovanın qızı boşandı: keçmiş əri yenidən evlənir
Bizi izləyin

Tabloid.az

Flora Kərimovanın qızı boşandı: keçmiş əri yenidən evlənir

Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva həyat yoldaşından ayrılıb.

Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva həyat yoldaşından ayrılıb.

Bir müddətdir boşanan cütlük hadisəni mediadan gizli saxlamağa çalışıb.

Flora Kərimova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir:

“Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənlə əlaqə saxlamasın”.

Qeyd edək ki, Zümrüd və Nazim 10 ilə yaxındır evli olublar. Onların bu izdivacdan övladları dünyaya gəlməyib.

Keçmiş kürəkən isə iyunun 28-də yenidən ailə həyatı qurmağa hazırlaşır. O, "Karvan" restoranında baş tutacaq toyuna şou-biznesin tanınmış nümayəndələrini də dəvət edib. /Axşam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm