Böyük İpək Yolu UNESKO-nun siyahısına salındı
Bizi izləyin

Tabloid.az

Böyük İpək Yolu UNESKO-nun siyahısına salındı

Böyük İpək Yolu UNESKO-nun irs siyahısına daxil edilib.

Böyük İpək Yolu UNESKO-nun irs siyahısına daxil edilib.

Bu barədə qərar Dünya İrs Komitəsinin Qətərin paytaxtı Dohada keçirilən 38-ci sessiyasında qəbul edilib.

Qeyd edək ki, Çin, Qazaxıstan və Qırğız Respublikası Avropa və Asiya arasında 2 min ildən çox ticarət və mədəniyyət dəhlizi rolunu oynamış qədim İpək Yolunun UNESCO-nun irs siyahısına daxil edilməsi barədə birgə müraciət etmişdi.

Qədim dövrlərdə Çin ipəyinin Aralıq dənizi hövzəsinə daşınması ilə fəaliyyətə başlayan Böyük İpək Yolu Çin ilə Mərkəzi Asiya, Qafqaz və Ön Asiya ölkələri arasında iqtisadi və mədəni əlaqələrin yaranmasında və genişlənməsində əhəmiyyətli rol oynayıb.

Dünya İrs Komitəsinin Dohada keçirilən 38-ci sessiyasında Böyük Çin Kanalının da UNESCO-nun irs siyahısına daxil edilməsi barədə qərar qəbul edilib. Çinin şimal və cənub hissələrini birləşdirən və 2400 ildən çox tarixi olan kanalın uzunluğu 1794 kilometrdir. Böyük Çin Kanalı ölkənin 8 əyalətindən və 35 şəhərindən keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm