Habil Əliyev sağlamqlıq durumundan danışdı - VİDEO
Bizi izləyin

Tabloid.az

Habil Əliyev sağlamqlıq durumundan danışdı - VİDEO

Daha bir yol haqqında. Söhbət Habil Əliyevin ömür yolundan gedəcək. Az qala bu yol onu son mənzilə çatdıracaqdı. Böyük kaman ustası Habil Əliyev ölümdən qayıtdı. Həyat yoldaşı Şərqiyyə xanım onu Sizin qarşınıza çıxarmaq üçün nə qədər əziyyət çəkmişdi. İca

Daha bir yol haqqında. Söhbət Habil Əliyevin ömür yolundan gedəcək. Az qala bu yol onu son mənzilə çatdıracaqdı. Böyük kaman ustası Habil Əliyev ölümdən qayıtdı. Həyat yoldaşı Şərqiyyə xanım onu Sizin qarşınıza çıxarmaq üçün nə qədər əziyyət çəkmişdi. İcazənizlə Şərqiyyə xanıma sizin adınızdan, öz adımızdan təşəkkür edim və buyurun. Habil müəllim yenidən aramızdadır.

Hesabat: Hazırda Habil müəllim biz söhbət edirik. Bizim söhbətimiz də ata-bala söhbətidir. Yəni atanın-balaya, balanın–ataya olan münasibətidir. Burda gücdən filandan söhbət getmir. Hörmət söhbətidir. Mən artıq Habil müəllimin vəziyyətinin düzəlməsini hiss edirəm. Səsiniz yerindədir, şükür Allaha. Mən keçən dəfə sizə zəng vuranda danışa bilmədiniz. Mənə dedilər ki, səsiniz batıb. Mən çox qorxmuşdum. İndi həkim nəzərati altındasınız?

Habil Əliyev: Bilirsiniz Mir Şahin müəllim sizi qorxudan odur ki, artıq ölüm vaxtım çatıbdı. Haqlısınız, amma nətər şeydirsə, adam ölüm vaxtı çatandan sonra çox yaşamaq istəyir. Həyat onda daha da şirinləşir. Adam özü də hiss edəndə ki, vaxtı çatıb. Həyatda necə əl çəkim gedim mən. Ay bala bu formada həyat var. Allaha şükür yaşayış var. Əziyyət çəkimişik, bu günlərə gəlmək üçün. Gəlib çıxmışıq, niyə qoyum gedim. Ancaq getmək istəmədim.

Hesabat: Habil müəllim indi özünüzü necə hiss edirsiniz?

Habil Əliyev: Mir Şahin müəllim özüm hiss edirəm ki, ölmək dayandı. Onu ləngitdim. Mən yox, daha doğrusu Allah ləngitdi. Dəbbələməsə. bu saat heç kimə etibar yoxdur. Hələki ləngitmişəm. İnşallah mənə belə gəlir ki, imkan verər hələ bir-iki işlərim var, onları da görüm qurtarım. İş qurtarmır da, iş qurtarmır.

Hesabat: Deməli sizin yanınızda həyat yoldaşınız vardı?

Habil Əliyev: Bəli. Onunla da belə söhbət elədim ki, mən rahatlaşdım. Bildim ki, bütün vəsilərimin, sözlərimin hamısını dedim. Amma sonra da utandım. Vəsidən sonra adam ayağa duranda bir az eybəcər olur.

Hesabat: Allaha şükür öz yerində. Allaha şükür ona təşəkkürdür. Bəs bəndələrdən kimə təşəkkür etmək istəyərdiniz?

Habil Əliyev: Mənə çox böyük diqqət göstərən, dəfələrlə diqqət göstərən bizim Mehriban xanım olubdur. Müalicəm barədə də çox diqqət göstərib. Zəngsiz gün olmadı. Həkimlər hər gün əlaqə saxladılar. Allah sizi saxlasın. Qurban olum Allaha, saxladı bu dəfə məni. Dedi nə işin varsa gör, amma qudurma. Söz verdim ki, qudurmaq mənim qanımda, nəslimdə olmayıbdı. Mən də qudurmayacam. Amma nə qədər imkanınız var qoyun bir az yaşayım. Yaşamağın qədrini hələ indi bilirəm. Yaşamaq get-gedə gözəlləşir. Çox şükür Allaha, qoca yaşımda nə görmək istəyirdimsə hamısını görürəm. Bundan böyük arzu ola bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm