Hollivudun ən arzuolunan qadını - Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivudun ən arzuolunan qadını - Fotolar

Ötən həftə Londonda zorakılığa qarşı keçirilən qlobal sammitdə Böyük Britaniya kraliçası, Ancelina Colini xanım titulu ilə təltif edib. Otuz doqquz yaşlı aktrisa hərbi münaqişə zonalarında seksual zorakılıqla mübarizədə aktiv iştirak edir.

Planetin ən seksual xanımı hesab edilən Ancelina Coli uğurlu aktrisa, ssenarist, xeyriyyəçi xadim, 6 uşaq anası və Bred Pittin sevgilisidir.

Öz karyerası dövründə Coli bir “Oskar”, üç “Qızıl Qlobus” və ABŞ Kinoaktyorları Gildiyasının iki mükafatına layiq görülüb. “Forbes” jurnalının sorğusuna əsasən, o, 2009, 2011, 2013-cü illərdə ən çox gəlir götürən Hollivud aktrisası olub.

Ancelina Con Voyt və Marşelin Bertranın ailəsində dünyaya gəlib. Aktrisanın damarlarında alman, slovak, holland, fransız və kanadalı qanı axır. Valideynləri 1976-cı ildə boşandıqdan sonra balaca Enci qardaşı və anası ilə qalıb. Erkən yaşlarda kinolara marağı olan Ancelina aktyorluq kurslarına yazılıb. Lakin 14 yaşında kursu tərk edən Coli yas mərasimləri üzrə təşkilatçı-direktor olmaq arzusuna düşüb.

Sonradan isə Ancelina model karyerasına başlayıb, Los-Anceles, Nyu-York, və Londonda çalışıb. Bu müddət ərzində o, yalnız qara paltar geyər. Məktəbi bitirdikdən sonra Ancelina anasının yanına qayıdıb.

Enci yeniyetməlik dövründən 20 yaşına kimi depressiayadan əziyyət çəkib. Məktəb vaxtı isə taxdığı breket və eynəyə, üstəlik, kasıblıq və arıqlığına görə sinif yoldaşlarının məsxərə obyektinə çevrilmişdi. Ətrafla ünsiyyət qura bilmədiyindən tez-tez qollarını kəsik-kəsik edərdi. Bundan əlavə, o, iyirmi yaşına kimi heroin də daxil olmaqla, bütün narkotik maddələrdən istifadə edib.

Ancelina atasının xəyanətinə görə, uzun müddət onunla münasibət qurmayıb. 2002-ci ildə atasının soyadından imtina edib, yalnız 2007-ci ildə anasının vəfatından sonra atası ilə barışmalı olub.

Ancelina aktrisa kimi ilk dəfə 1982-ci ildə peyda olub. 1999-cu ildə “Yarıda qalmış həyat” filmində ikinci dərəcəli roluna görə “Oskar” mükafatına layiq görülüb. Sonuncu çəkildiyi film isə “Malefisenta” olub. İndi Hollivud aktrisası yeni filmdə Kleopatranı canlandırmağa hazırlaşır. Aktrisa bundan sonra kino həyatını atmağı fikirləşir.

Şəxsi həyatına gəldikdə, ilk dəfə 14 yaşında sevgili olub. Cütlük Encinin evində yaşayıb və iki il sonra ayrılıblar. 1995-ci ildə aktrisa “Hakerlər” filminin çəkiliş heyətində Conni Li Millerlə tanış olur və onlar 1996-cı ildə ailə qururlar.

Colinin toy geyimi belə idi: üzərində qan ilə ərinin adı yazılmış mayka və qara şalvar. 1999-cu ildə isə onlar boşanıblar. 2000-ci ildə Billi Bob Torntonla ailə həyatı qurub və cütlük Kambocadan övladlığa götürdükləri uşaqları himayə etməyə başlayıb. Lakin bu izdivac da 2003-cü ildə sona çatıb.

2005-ci ildə Anjelina məşhur Bred Pitti arvadından ayırmaqda ittiham olunub. Cütlük “Mister və missis Smit” filminin çəkiliş səhnəsində tanış olub. Əvvəlcə aralarında gəzən söz-söhbəti inkar edib, yalnız hamilə olduqdan sonra bütün ictimaiyyət qarşısında sevgisini etiraf etməli olub. 2012-ci ildə isə cütlük nişanlanıb. Coli və Pitt cütlüyü 3 doğma və 3 götürülmə övlada sahibdir.

Coli şişkin dodaqlarına və tatularına görə məşhurdur. Aktrisanın bədənində 14-ə yaxın tatu var.


Publika.az bu gün Hollivudun ən çox arzuolunan qadınının bu illər ərzində necə dəyişdiyini göstərən fotoları təqdim edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm