Star TV xəyanət iddiasına görə 650 min cərimələndi
Bizi izləyin

Tabloid.az

Star TV xəyanət iddiasına görə 650 min cərimələndi

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Star TV-ni cərimələyib.

Buna səbəb bir müddət əvvəl Türkiyə millisinin üzvü Caner Erkin və xanımı Asena Erkin haqqında çıxan xəbərlər olub.

Belə ki, telekanal Asenanın Canerə xəyanət etməsi haqqında şayiələri yayımlayıb. Efirə verilən sujetdə kanalın mövqesinin sezilməsi, xəbərləri təsdiqləməyə meyilli olması diqqət çəkib. RTÜK bunu “insan şəxsiyyətini alçaltma, şəxsi həyatın gizliliyinin toxunulmazlığını pozma” kimi dəyərləndirərək kanala 650 min lirə (təxminən 260 min AZN) cərimə verib.

Qeyd edək ki, Asenanın pop musiqiçisi Berkayla münasibətdə olduğu iddia edilirdi./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm