Bu qadınların ayaqları sizi heyrətə salacaq - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu qadınların ayaqları sizi heyrətə salacaq - FOTOLAR

Kişilərin ilk baxışda daha çox qadınların bədən quruluşunu nəzərdən keçirdiyini bilməyən yoxdur. Bəs onlar ilk olaraq nəyə fikir verirlər? Əlbəttə ki, ayaqlara... Tabloid.az dünyanın ən uzun ayaqlı qadınlarını araşdırıb. Bu reytinqdə isə dünyanın ən uzun ayağının uzunluğu 1.3 m-dir.

1. Svetlana Pankratovaya təkcə dünyanın ən uzun ayaqlı qadını deyil, onu həm də dünyanın ən nəhəng qadını da adlandırmaq olar. Onun boyunun uzunluğu, hətta kişiləri də təəccübləndirir. Boyu 196 sm, ayaqlarının uzunluğu isə 133 sm-dir. O, peşəkar səviyyədə basketbolla əvvəlcə Rusiyada, daha sonra isə Amerikada məşğul olub. Hazırda isə İspaniyada yaşayır və daşınmaz əmlak sahəsində işləyir. 2008-ci ildə “Ginnesin Rekordlar” kitabına dünyanın ən uzun ayaqlarına sahib olan qadını kimi düşüb.


2. Sem Steysinin boyu 180 sm, ayaqlarının uzunluğu isə 127 sm-dir. Anadan olandan ayaq uzunluğu ilə seçilən ingilis gözəli 2001-ci ildə dünyanın ən uzun ayaqlı qadını seçilib.


3. Elle Makfersonun boyu 185 sm, ayaqları isə 123 sm uzunluğundadır. O, 2000-ci illərin əvvələrində dünyanın ən gözəl qadınlarından biri seçilib. Həmçinin “Miss bədən” adına da layiq görülüb. O, təkcə ayaqlarının uzunluğu ilə deyil, ayaqlarının ölçüsü ilə də rekord vurur. Kişilər, ürəyinizi tutun, çünki bu qadının ayaqlarının ölçüsü 42-dir.


4. Nina Pilskaya isə bu reytinqdə 4-cü yerdədir. Onun boyunun uzunluğu 193, ayaqlarının uzunluğu isə 123 sm-dir. O, uşaq yaşlarından model biznesinə qatılıb və uşaq geyimlərinin reklamında çəkilib.


5. Nadya Auermann 180 sm boyu ilə və 122 sm ayaqlarının uzunluğu ilə 5-ci yerdə dayanıb. O, alman modeli və aktrisasıdır. 90-cı illərin sonlarında model “Ginnesin Rekordlar” kitabına “Dünyanın ən uzun ayaqlı qadını” kimi düşüb.


6. Adriana Skenarikova 6-cı yerdədir. Onun boyu 178 sm, ayaqları isə 121 sm uzunluğundadır. Dünyanın supermodeli bir çox markalarla əməkdaşlıq edib.


7. Tennisçi Mariya Şarapova 7-ci yerdə dayanır. Onun boyu 188, ayaqlarının uzunluğu isə 121 sm-dir. Təəccüblənməmək mümkün deyil. O, yeganə rusiyalı idmançıdır ki, dünyanın sabiq birinci raketçisi olub və “Böyük dəbilqə” yarışında 5 dəfə dalbadal oyunun finalına çıxıb və onun 3-də qalib olub. O, bir çox məşhur markaların Sony Ericsson, Cannon, Palmolive və Colgate-in simasıdır. O, 2006-cı ildə dünyanın ən gözəl idmançı qadını seçilib.

Dünyanın ən cazibədar ayaqlı qadınları - FOTOLAR


8. Çexiyalı model və aktrisa Eva Hergizova 8-ci yerdədir. Boyu 180, ayaqları isə 112 sm uzunluğundadır. Bu uzunluqda ayaqlara sahib olub və model biznesinə təsadüfən düşməsi inandırıcı olmasa da, belədir. 16 yaşında Praqaya istirahət etməyə gedir və dostlarının təkidi ilə model agentliyinə yazılır.

Dünyanın ən cazibədar ayaqlı qadınları - FOTOLAR


9. Uma Turman bu siyahıda 9-cu yerdədir. Boyu 180, ayaqlarının uzunluğu isə 108 sm-dir. Onun adını ailəsi hind ilahəsinin şərəfinə qoyub. Adının mənası isə “xoşbəxtlik və sevinc bəxş edən deməkdir”. Ayaqlarının ölçüsü isə 41-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm