Tanınmış rəssamın sərgisi keçirilib-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış rəssamın sərgisi keçirilib-FOTOLAR

Tanınmış rəssamın sərgisi keçirilib

Tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” janrında keçirilib və xeyriyyə xarakteri daşıb.

Sərgidə çıxış edən millət vəkili Qənirə Paşayeva A.Mirseyidin Azərbaycan sənət aləmində böyük şəxsiyyət olduğunu bildirib. Onun poeziya və rəssamlıqda tutduğu yerin çox dəyərli olduğunu vurğulayıb:

“Biz bugünkü sərgini keçirməklə işimizi tamamlanmış hesab etmirik. Bu sərgilər davamlı olacaq.Yaxın zamanda rəssamın İstanbulda da sərgisi keçiriləcək. Bu da daha geniş ictimaiyyətin A.Mirseyid yaradıcılığı ilə tanış olmasına imkan yaradacaq”.

Adil Mirseyid isə öz növbəsində Q. Paşayevaya xüsusi təşəkkürünü bildirib.

Sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəssamlıq nümunələri sərgilənib. 150-250 manat cıvarında satılan əsərlərə maraq da yüksək olub. Sərgi iştirakçıları rəsm əsərləri ilə yanaşı, rəssamdan xüsusi avtoqraf da almağı unutmadılar.

Millət vəkili Q.Paşayeva özü ilə yanaşı anası və müğənni Elza Seyidcahan üçün də A.Mirseyid əsərlərini hədiyyə edib.

Sərgidə millət vəkili Aydın Mirzəzadə, bəstəkar Gövhər Həsənzadə, qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları iştirak edib.

Sərgi bir neçə gün davam edəcək. “Satış-sərgi”dən əldə ediləcək vəsait sənətçinin müalicəsi prosesinə sərf ediləcək.

Qeyd edək ki, Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib.

Qənirə Paşayeva ümidvar olduğunu bildirib ki, sənətsevər ictimaiyyətimiz Adil Mirseyidin gözəl sənət əsərlərini seyr etməyə və onları ailələrinə, doğmalarına hədiyyə etmək üçün sərgiyə gələcək, öz dəstəklərini göstərəcəklər. Hər kəs dəvətlidir.

Cəvahir Səlimqızı

Fotolar Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm