Bütün zamanların ən dəbli cütlüyü - Fotolar
Bizi izləyin

Tabloid.az

Bütün zamanların ən dəbli cütlüyü - Fotolar

Style.com saytı bütün zamanların ən dəbli cütlüklərinin adını açıqlayıb. Siyahıda Keyt Moss və Conni Depp, Ceyn Birkin və Serj Qensbur, Byanka və Mik Caqqer kimi cütlüklər də yer alıb. Siyahı tərtibatçıları 20-dən çox cütlüyün adını qeyd edib, lakin onların əksəriyyəti bu gün artıq münasibətdə deyil.

Böyük Britaniyalı model Keyt Mossun adı siyahıya üç dəfə düşüb. Siyahıda Keytin adı Conni Depp, Mario Sorrenti və 2011-ci ildə ailə həyatı qurduğu Ceym Hinslə bərabər hallanıb. Qeyd edək ki, Keyt Moss “Vogue” jurnalının qiymətləndirməsinə görə, ən dəbli qadın adını alıb.

Siyahıda gənc cütlüklərdən reper ASAP Rocky və model Şanel İmanın da adı var.

Bundan əlavə, tərtib olunmuş siyahıda qeyri-ənənəvi oriyentasiyalı cütlüklərdən Valentino Qaravani və Cankarlo Cametti də yer alıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm