Şərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Şərq siyasətinin dəb ilahəsi haqqında maraqlı faktlar – FOTOLAR

Deyirlər ki, dəblə ayaqlaşmaq çətin deyil, amma özünəməxsus tərzin olması çox qəliz və incə məsələdir. Dəbin arxasınca qaçmaq qadını bəzən gülməli vəziyyətə sala bilər, üslub isə hər zaman yüksəkdə dayanır. Bunun üçün modanı izləmək gərək deyil, əksinə ola bilər ki, moda həmin qadının arxasınca getsin. Dünyada və Avropada özünəməxsus tərzi olan qadınların sayı az deyil.

Bəs İslam qanunlarının hakim olduğu bir ölkədə dəb ilahəsi statusuna nail olmaq mümkündürmü? İndi haqqında danışacağım xanım şərq ölkələrində də dəb ilahəsi statusuna layiq olmağın imkansız olmadığını sübut edə bilib.

O, bəlkə də, dünyanın ən gözəl siyasətçi xanımlarından biridir. Ancaq onun ən güclü silahı təkcə gözəllikdən ibarət deyil. O, cazibədar və gözəl olmaqla yanaşı, həm də çox savadlı qadındır. Əgər siz şeyx Mozanın nailiyyətləri və müdrik qərarları haqqında eşitmisinizsə, onun dünyanın ən varlı, güclü və nüfuzlu qadını kimi “Forbes” jurnalına daxil olduğunu bilirsiniz. Ümumiyyətlə, Şeyx Moza titul kolleksiyasına yenilərini dayanmadan artırmağa davam edir. Beləliklə, “9 don” layihəsi çərçivəsində bu həftə gözəlliyi ilə dünyaya səs salan, müdrik qərarları ilə çoxunun hörmətini qazanan şeyx Moza haqqında bəhs edəcəyəm. Şeyx sözünün mənası şeyxin həyat yoldaşı deməkdir.

Şeyx Moza bint Nasir əl-Misnəd 1959-cu ildə Qətərin Əl-Xor şəhərində anadan olub. Onun atası Nasir Əl-Minsəd Qətərin prezidenti olub. Xoşbəxtlik quşu bu qadını tərk etmək istəmir. Məsələ burasındadır ki, onun həyat yoldaşı da dövlət başçısı olur. İndiki dövrdə həm atası, həm də həyat yoldaşı prezident olan onun kimi ikinci belə bir bəxtəvər qadın tapılmaz. Şeyx Moza 18 yaşında - 1977-ci ildə şərq ənənələrinə əsasən, hazırda Qətər dövlətinin əmiri olan şeyx Təmim bin Həməd Al Taniyə ərə verilir. Şeyx Moza Əl-Taniyənin üç arvadından ikincisidir. Qətərin lideri şeyx Təmim bin Həməd Al Taninin 3 həyat yoldaşı var. Onlardan ancaq biri mühüm siyasi hadisələrdə ərini müşayiət edir. Məhz şeyx Moza digər arvadlarının fonunda xeyli fərqlənir. Görünür, şeyx Həməd ancaq onu öz ölkəsinin bəzəyi hesab edir.

Şeyx Moza yaxşı təhsil almasına baxmayaraq, ailə qurduqdan bir xeyli sonra bakalavr dərəcəsi alır. 1986-cı ildə Qətər Universitetinin sosiologiya fakültəsini bitirir. Moza təkcə Şərqin ecazkar gözəlliyə malik qadını kimi deyil, həm də nüfuzlu ictimai xadimi kimi tanınır. Şeyx Moza bu gün ölkəsinin ictimai həyatında fəal iştirak edir. Moza əsasən, təhsil məsələləri ilə məşğul olur. O, təhsil, elm və ictimai inkişaf Qətər fondunun sədridir.

Jurnalistlər bu qadını “Ərəb Şahzadəsi” adlandırırlar. Bu adı verməkdə heç də haqsız deyillər. Belə ki, Qətər Universitetini bitirdikdən sonra o, təhsilini ABŞ-da davam etdirib. Xanım şeyx Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olur. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışır. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilir. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

Bu yaxınlarda birinci xanımın sayəsində təhsil sahəsində iki böyük layihə hazırlanıb. O, Qətərdə tələbə şəhərciyi saldırır. Onun təşəbbüsü ilə açılan universitetlərdə ABŞ-ın ən yaxşı professorları tədris edir və bu, onun ən böyük nailiyyətindən biri sayılır.

Şeyx Moza öz ölkəsində kifayət qədər tanınır və nüfuzlu qadındır. O, şərqdə demokratik islahatları dəstəkləyir. Şeyx öz ölkəsində yoxsulluq və zorakılıqla mübarizə üçün Ərəb Demokratik Fondunu yaradıb və ona başçılıq edir.

Şeyx Moza əri Təmim bin Həməd Al Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirir. Belə ki, qadınlar səsvermə hüququ qazanır, həmçinin avtomobil idarə etmək hüququ və geyim seçimi hüququ ələ edirlər. Bir müddət şeyx Moza ABŞ universitetlərində mühazirələri ilə çıxış edib şərq qadınları haqqında yayılan mifləri dağıtmağa çalışırdı. Bu töhfələrinə görə, Amerikanın Karneqi Universiteti ona elmlər və fəxri doktoru adı verilir.

İctimai işlər və dövlət fəaliyyəti yaxşı ana olmağa mane olmur. Şeyx Mozanın 5 oğlu və 2 qızı var.

Ən maraqlısı odur ki, şeyx Mozanın təkrarolunmaz üslubu var. Razılaşın ki, Amerikada, Avropada stil ikonası olmaq çətin deyil. İslam qanunlarının hakim olduğu Asiya ölkələrində stil sahibi olmaq nisbətən çətindir. Çünki şərq incə məsələdir. Şərq - israfçılıqdır. Şərq - “Min bir gecə” nağıllarıdır. Şərq möcüzələr diyarıdır! Şərqdə əfsanəvi şərq gözəlləri yaşayır. Şərq gözəlləri mütləq təvazökar, sakit təbiətli və qapalı olmalıdır. Şərq qadınlarına başıaçıq gəzmək və qısa yubka geymək olmaz. Şeyx Moza Nasir şərq qadınları barəsində yayılan bütün stereotipi dağıdır. Məhz şeyx Moza Ərəb ölkələrində islamın əsas etiket qaydalarını pozaraq ilk dəfə olaraq ictimaiyyət arasına üzü açıq görünməyə cəsarət edir. O, müəyyən və zərif üslubu ilə şərq ölkələrinə yenilik gətirir. Şeyx Moza onu heyranedici göstərən rənglərin harmoniyasını əla hiss edir. Onun dəbdəbəli geyimlərindəki dərin dolğun çalarlar parlaq zahiri ilə ideal şəkildə uyğunlaşır. Onun üslubu zinət elementləri ilə zəngin olan klassikaya daha yaxındır. Qətərin 54 yaşlı birinci xanımı qapalı və milli geyimlərdə həmişə nəcib, parlaq və zövqlü görünür. “Vanity Fair” jurnalına əsasən, ən yaxşı geyinən məşhurlar sırasına daxildir. Bu barədə mübahisə etmək yersiz olardı. Hətta super modapərəst olduğunu iddia edə bilərik.

Öz ölkəsində milli geyimlərdə gəzən Moza, ölkə xaricində bir-birindən gözəl modellər geyinir. Dünyanın ən öndə gedən markaları ilə arası yaxşı olsa da, o da bütün zövqlü xanımlar kimi “Chanel” vurğunudur. Onun geyimləri heç kəsin diqqətindən yayınmır, elə buna görə də, dünyanın bir çox jurnallarında müzakirə mövzusu olur. Əziz modapərəstləri Qətərin birinci xanımının stili ilə də yaxından tanış edəcəyəm.

Çalma və göz qamaşdırıcı sırğalar - Şeyx Moza çalma stilini dəbə gətirib, onu qoruyan xanımlardan biridir. Yaylıqlar birinci xanımın üslubuna hakimlik edən ən gözəl aksessuardır. Amma alışdığımız çalmalardan bir xeyli fərqlənir. Onun tərzinin özəlliyi də məhz bundadır, çalmaları da geyimləri ilə uyğun olmalıdır. Çalmanı gözəgəlimli, böyük sırğalarla tamamlayır. Bəzən isə çalmaya maraqlı broşlar ilişdirərək öz imzasını qoyur. O, xüsusilə, zinət əşyalarını bir-biri ilə ustalıqla birləşdirən dəb ilahəsidir.

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Kəmər - Şeyx Moza qadın bədən quruluşunu vurğulayan zərif geyimlərini kəmərlərlə tamamlayır. Yaxud da kəmərli geyimlərə və pencəklərə üstünlük verir.

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Uzun yubkalar və donlar - Birinci xanımın şalvarlarla bir o qədər də arası yoxdur. Uzun ətəklər və donlarda da çox şıq görünür. Uzun yubkalarını çox vaxt stilettolarla tamamlayır. Boyu uzun olmasına baxmayaraq, ictimai yerlərdə altı düz ayaqqabılarda görünməyi xoşlamır.

Parlaq rənglər - Şeyx Moza parlaq rənglərdən qaçmır. Əksinə, onları öz dostuna çevirə bilib. Xüsusən də yaşıl, bənövşəyi və çəhrayı tonlarına daha çox müraciət edir. Onun qarderobundakı geyimlərin çoxu bir tondadır. Belə ki, Şeyx Moza geyimlərdə rəngləri bir-birinə qatıb-qarışdırmağı sevmir. Onun üslubunda minimalizm öz sözünü deyir, əynində maksimum iki rəng daşıya bilər, artıq heç nə olmaz.

Самая яркая женщина Востока шейха Моза бинт Насер аль Миснед (© REUTERS)

Manto paltarlar - Xarici səfərlərində həm manto, həm də paltar adlanan geyimləri birləşdirir. Cəsur seçimləri və özünəməxsusluğu ilə hər kəsə dərs verən bu xanımdan daha çox ilham almaq üçün fotolara göz atmağı unutmayın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm