Azərbaycanlı rəssamın 4 milyon avroluq əsəri
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəssamın 4 milyon avroluq əsəri

Azərbaycanlı rəssam Nazim Hacıyevin rəsm əsəri 4 milyon avroya satışa çıxarılıb. Publika.az-ın məlumata görə, rəssam əsərin üzərində bir il ərzində hər gün 10 saat işləyib. Yağlı boya ilə çəkilən "Dinlər tarixi"nin qiyməti 4 milyon 500 min avrodur.

N.Hacıyevin Çikaqo, İsveç, Finlandiya, Almaniya, Rusiya, Yaponiya və Türkiyədəki şəxsi kolleksiyalarda əsərləri yer alır. O, 21 il öncə Antaliyaya köçüb və 2011-ci ildə Türkiyə vətəndaşı olub.

Hacıyev "Dinlər tarixi" əsərini 1997-ci ildə ərsəyə gətirib. Yağlı boya ilə çəkilən əsər dünyada bu günə qədər var olan 5 dinin özəlliklərini, müqəddəs məkanları və yaşayış tərzlərini əks etdirir. Əsər bu günə kimi 3 dəfə sərgilənib.

Azərbaycanlı rəssam "Anadolu" xəbər agentliyinə açıqlamasında rəsmə marağının uşaq vaxtı atası ilə getdiyi bir sərgidən sonra başladığını deyib. O, Azərbaycan Dövlət Kinomatoqrafçılar ittifaqında rəssamlıq etdiyini və müxtəlif filmlərin dekorasiyasının hazırlanmasında iştirak etdiyini qeyd edib.

"Özümü tanıyandan şəkil çəkirəm. Siqaret çəkən necə bu vərdişi tərgidə bilmirsə, mən də rəsm çəkməyəndə özümü pis hiss edirəm".

Onun sözlərinə görə, tabloda həzrəti Adəm, Həvva, Məryəm, Nuh və Musa peyğəmbərləri, Hitler, Stalin, Şekspir kimi dünya tarixinə adını yazdıran şəxsləri də görmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm