• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yeddi Azərbaycan filmi festivalda

Yeddi Azərbaycan filmi festivalda

İyunun 25-29-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Publika.az-ın məlumatına görə, festival iyunun 25-də saat 17.00-də keçiriləcək mətbuat konfransı ilə açıq elan ediləcək. Həmin gün 19.00-da Nizami Kino Mərkəzində Festivalın rəsmi açılışı keçiriləcək. Açılışda "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə iyunun 28-də olacaq.

Festivala ümumilikdə 55 ölkədən 405 film göndərilib. Tədbirin təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. Müsabiqə proqramına 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaq. Qeyd edək ki, müsabiqə proqramında 7 Azərbaycan filmi də iştirak edir.

İyunun 26, 27 və 28-də hər gün saat 14.00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.

Festivala xaricdən 50 qonaq dəvət edilib. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.
Festivalın gedişində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı olacaq.

Layihə çərçivəsində Polşa kinematoqrafçılarının master-klassları, nəzəri və əyani dərsləri keçiriləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film istehsal edəcəklər.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) tamhüquqlu üzvüdür.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR