Tabloid.az
Mətanət İsgəndərlinin məhkəməsi təxirə salındı
“Qarşı tərəf başqa qəzetləri də məhkəməyə verib”.
Bu sözləri Axar.az-a vəkil Elçın Sadıqov “Aznews.az” xəbər portalının Baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğluna qarşı CM-nin 147 və 148-ci maddələri ilə qaldırılmış məhkəmə prosesi barədə məlumat verərkən bildirdi.
Onun sözlərinə görə, məhkəmə qarşı tərəfin istəyinə görə təxirə salınıb:
“Məhkəmə təyin olunmuş vaxtda baş tutdu. Lakin biz danışa bilmədik, çünki məhkəmə təxirə salındı. Məhkəmənin növbəti iclası iyun ayının 30-u saat 11:30-a təyin olundu”.
Vəkilin sözlərinə görə, məhkəmə qarşı tərəfin qaldırdığı daha bir iddianı ləğv edib:
“Qarşı tərəfin məhkəmənin başqa bir vaxta keçirilməsini istəməsinin səbəbi onların başqa qəzetlərlə olan məhkəmə davasıdır. Məhkəmədə Mətanət İsgəndərlinin özü də iştirak edirdi. O, çıxışında başqa qəzetlərdə də onun əleyhinə yazıların getdiyini dedi. Lakin hakim onun bu iddiasını təmin etməyərək bunun başqa mövzu olduğunu bildirdi”.
Məsələ ilə bağlı Mətanət İsgəndərli ilə əlaqə qurmağa çalışsaq da, müğənni heç bir açıqlama verməyərək telefonu qapadı.
Xatırladaq ki, M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, barəsində yazılan “narkoman” ifadəsinə görə sözügedən jurnalistlərin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə həbsini tələb edir.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı