• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gənc repçi erotik klip çəkdirdi -FOTO, VİDEO

Gənc repçi erotik klip çəkdirdi -FOTO, VİDEO

Ms.Şaxo söz verdiyi kimi klipi çəkdi. Dediyinə görə, əla bir iş ortaya çıxıb və o nəticədən çox məmnundur. "Bizlər burada" adlı erotik klipı saytımızda seyr edə bilərsiniz.

Ms. Şaxo onu da deyib ki, artıq dinləyicilər Avropa kliplərində gördüyü kadrları onun klipində görəcəklər:

"Rejissor Fəxrəddin Sadıqzadənin yazdığı sujet xəttini operator Pərvin Cavad həyata keçirdi.Bu bir iş yox, dostluq klipi və işbirliyi oldu. Rəqqasə və modellər Rəna, Xuraman Chti, Sabinanın klipdə çox dəstəyi oldu. Rəqqasə Chti Gürcüstandan xüsusi olaraq bu klipdə çəkilmək üçün Azərbaycana dəvət edilib. Klip üçün stilist və rəssam olaraq köməyini əsirgəməyən Süleyman Həsanova minnətdaram. Məkan olaraq “Night Office Club”a təşəkkür edirəm".

Ms.Şaxo “Tabloid.az”a verdiyi aşıqlamasında onu da bildirib ki, yeni “Unudacam səni” adlı mahnıya da klip çəkir. Klipdə onun tərəf müqabili müğənni Səidə Dadaşovadır. Klipin rejissoru Rahib Asif oğlu, operatoru isə Sərdar Saleh oğludur. Reper eyni zamanda, onu da qeyd edib ki, klip erotik bir klip olacaq.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR