• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünən ərə gedən teleaparıcı barədə şok açıqlamalar

Dünən ərə gedən teleaparıcı barədə şok açıqlamalar

Ötən gün özündən 11 yaş kiçik sevgilisi ilə nikah bağlayan məşhur türk teleaparıcısı Ece Erken barədə şok açıqlamalar yayılıb.


ANS PRESS-in məlumatına görə, aparıcının həyat yoldaşı Sərkan Uçarın ailəsinin onu qəbul etmədiyi ortaya çıxıb. Nikah mərasimdə hər iki tərəfin ailə üzvlərindən heç kimin olmaması diqqət çəkib. Bu səbəblə jurnalistlər bəyin atasını tapıb ondan müsahibə alıblar.


Belə ki, bundan öncə də ailəli olan Ecenin qayınatası Nurəddin Uçar toydan xəbərinin olmadığını dilə gətirib:


"Gizlicə evləniblər, mənim xəbərim olmayıb. Ece gəlinimiz ola bilməz, heç kim bu nikaha razı deyil. Nəticəsi çox pis olacaq" deyib.


Qeyd edək ki, Ece Erkenin nikahdan sonra şəkillərini sosial şəbəkədə paylaşması bəyin ailəsində qalmaqal yaradıb. Aparıcı ilə yanaşı Sərkan da İnstagram səhifəsində Ece ilə birlikdə olan şəklini paylaşaraq xo.bəxt olduğunu vurğulamışdı.








Xəbər lenti

DAHA ÇOX XƏBƏR