• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Güclü xarakterə maliksənmi? - TEST

Güclü xarakterə maliksənmi? - TEST

Həyatın problemsiz olduğu dönəmlərdə insanların çoxu yaxşı olmağa çalışır. Lakin bir insanı həqiqətən də tanımaq istəyirsinizsə, onu çətinliklərlə mübarizə apararkən düzgün qiymətləndirə bilərsiniz. Real həyatın çətinliklərinə necə reaksiya verdiyini kəşf etmək üçün aşağıdakı testi həll edə bilərsiniz.

Bir gün mavi rəngli bir quş qəfildən uçub pəncərədən içəri girir və küçəyə çıxa bilmir. Yolunu tapa bilməyən quşda sizi nə isə cəlb edir və siz onu bəsləməyə qərar verirsiniz. Lakin səhəri gün quşun rəngi dəyişərək sarıya çevrilir. Bu özəl quş o biri gün yenə rəng dəyişdirir. 3-cü gün qırmızı, 4-cü gün tamamilə qara rəngə bürünür. 5-ci gün oyandığınız zaman quş hansı rəngdə olur?

Uçub otağınıza girən quş uğur və şans simvolu kimi görünür. Lakin bu quşun qəfildən rəngini dəyişdirərək xoşbəxtliyin uzun müddət davam etməyəcəyinə dair narahat olmağınıza səbəb olur. Buna göstərdiyiniz reaksiya real həyatdakı çətinliklərə verəcəyiniz reaksiyanı göstərir.

Rəngini dəyişdirmir, elə qara qalır: Quşun rəng dəyişdirməyini söyləyən insanlar bədbin olurlar. Bir pis hadisə baş verəndə onu düzəlməyəcəyini və daima elə qalacağını düşünürsünüz. Əgər ən pis vəziyyətdirsə, o zaman daha pisi ola bilməz. Unutmayın ki, yağış da yağıb-yağıb dayanır və ən qaranlıq gecənin belə bir günəşli səhəri var.

İlk rənginə çevrilir: Quşun yenidən maviyə çevrildiyini söyləyənlər nikbin olurlar. Həyatın yaxşı və pis olduğuna inanır və reallıqla mübahisə etməklə heç nə əldə edə bilməyəcəyinizi bilirsiniz. Uğursuzluğunuzu soyuqqanlı şəkildə qəbul edirsiniz və hadisələri stressə düşmədən öz axarına buraxırsınız. Bu isə sizə şanssızlığın dalğalarında sürünmək yerinə, onlara qalib gəlməyi öyrədir.

Ağ olur: Quşun ağ olduğunu söyləyənlər təzyiq altında sakit və qərarlı davrana bilənlərdir. Ən pis günlərində belə narahatlıq hissinə qapılıb vaxtlarını boşuna itirmirlər. Əgər vəziyyət çox pisdirsə, o halda lazımsız kədərin bataqlığına batmamaq üçün itirdiklərinizi bir kənara atırsınız. Özünüzə yeni bir yol seçirsiniz. İradəli insan olduğunuz üçün işləriniz hə zaman qaydasında gedir.

Qızılı rəngə çevrilir: Quşun qızılı rəngə çevrildiyini düşünənlər qorxusuz insanlardır. Siz təzyiqin nə olduğunu bilmirsiniz. Sizə görə, hər pis vəziyyət bir fürsətdir. Sizi Napoleon ilə müqayisə etmək olar. O deyib ki, “...imkansız. Bu söz fransızca deyil!” Ancaq sonsuz güvəninizin sizi qəfildən ovlamasına icazə verməyin. Qorxusuzluq ilə çılğınlıq arasındakı xətt çox incədir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR