Tabloid.az
Gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb
Yanvarın 25-də Müasir İncəsənət
Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi
açılmışdır.
"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri,
istedadlı gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə açılan
sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi
tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim
edilmişdir.
Mədəniyyət və incəsənət xadimlərinin,
ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdikləri sərginin
açılışında çıxış edən Aida Mahmudova demişdir: "Məryəmin
əsərlərində çox güclü müsbət energetika vardır. Çoxsaylı
elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur".
A.Mahmudova vurğulamışdır ki, hələ gənc olmasına baxmayaraq, sənət
aləmində yetərincə tanınmış Məryəm Ələkbərlinin əsərlərinin sərgisi
dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində
keçirilmişdir.
"Bu qızın daxilində güclü bir istedad gözlənir. O,
öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır", - deyən
Aida Mahmudova qeyd etmişdir ki, Məryəm Ələkbərli Paris Ali
İncəsənət Məktəbində təhsil alır.
A.Mahmudova demişdir: "Onun əsərləri insana ruh
verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində
ilham arzulayıram. Demək istəyirəm ki, o, heç vaxt təslim olmamalı
və həmişə öz arzularını gerçəkləşdirməlidir".
Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev
demişdir: "Hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin
indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm
Ələkbərlinin işlərində nə isə bir əsrarəngizlik var və bu
əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə
bağlıdır".
Gənc rəssamın əsərlərinin rəngarəngliyi, mövzu və
rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Elçin Əfəndiyev
demişdir: "Bu işlərin birində natürmortlar, əlvan çiçəklər,
digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks
olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın
mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun
işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının
böyük marağına səbəb olur".
Yazıçı Elçin bu sərginin təşkil edilməsində Aida
Mahmudovanın da böyük rolunu vurğulamışdır. O demişdir: "Aida
Mahmudova istedadlı rəssam olmaqla bərabər, həm də gözəl
təşkilatçıdır. Bu xüsusiyyətlərə insanlarda nadir hallarda birgə
rast gəlinir. Bugünkü sərgi Aida Mahmudovanın təşkilatçılıq işinin
gözəl nümunəsidir".
Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə
başlamışdır. Hazırda təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin,
Paris, Roma, Moskva kimi şəhərlərdə də onun sərgiləri təşkil
edilir. İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon
dillərində albomları buraxılmışdır. Məryəmin müxtəlif janrlarda
yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə
seçilir.
Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı
məhəbbətlə əks etdirir.
İncəsənət aləmində kimisə heyrətləndirmək
çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin
diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur
hissi oyadır.
Xalq Artisti, kinorejissor Eldar Quliyev Məryəm
Ələkbərlinin yaradıcılığından söhbət açaraq demişdir: "Məryəm
Ələkbərli istedadlı gənc rəssamdır. Onun əsərləri demək olar ki,
bütün Avropanı gəzmişdir. Mən onun əsərlərinə həm peşəkarların, həm
də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz
insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə
edir".
Məryəmin öz daxili aləmini zəngin rənglər
vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının
fərqləndirici cəhətidir. Xalq rəssamı, Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov deyir: "Burada nümayiş olunan
bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin
hamısı Məryəmin təbiəti, dünyası və onun
fəlsəfəsidir".
Məryəm Ələkbərli forma və rənglərdən cəsarətlə
istifadə edərək özünün parlaq və harmonik dünyasını yaradır. Xalq
Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər
Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur. O demişdir:
"Bu gənc rəssamda sərbəstlik, müstəqillik və sənətkarlıq
xüsusiyyətləri cəmləşmişdir. Bu, çox mürəkkəb məsələdir. İstedadlı
gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar
səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox
gözlənilməzdir".
Tanınmış incəsənət xadimləri də Məryəm
Ələkbərlinin əsərlərini yüksək qiymətləndirmişlər. Xalq Rəssamı,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev
vurğulamışdır: "Bu sərgi məni tamamilə valeh elədi. Ona görə ki,
bugünkü sərgi azad bir insanın azad hisslərini nümayiş etdirir. Mən
çox şadam, fəxr edirəm ki, bu gözəl insan belə hisslərlə yaşayaraq,
onu tablolarda göstərə bilir".
Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri
nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam
edəcəkdir
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq