Ayan evində kimlərə qonaqlıq verdi? - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayan evində kimlərə qonaqlıq verdi? - Fotolar

Ötən gün şou əhli – Rəqsanə İsmayılova, Könül Kərimova, Günay İbrahimli, Telli Borçalı müğənni Ayan Babakişiyevanın evində qonaq olublar.

Publika.az-ın məlumatına görə, “Ay Zaur” verilişinin çəklişi üçün bir araya gələn xanımlardan ibarət sənətçi dəstəsi əsl qadın həmrəyliyi göstəriblər. Ayanın iradəsinin güclü və yaşına görə dünyagörüşünün geniş oduğunu deyən qonaqlar həmin gün bayram əhvali-ruhiyyəsi yaşayıblar.

Səmimi keçən söhbət arası hər bir sənətçi mahnı töhfəsini təqdim edib. Digərləri isə rəqsləri ilə bir-birlərini müşayiət etməklə verilişi daha maraqlı ediblər. Efirdə Ayan Babakişiyeva ilə bir mahnı oxumaq istədiyini bildirən aşıq Telli seçiminin aşıq mahnısı olacağını deyib.

Evə əli dolu gələn sənətçilər Ayanın hələlik çəkilişinə icazə vermədiyi 4 aylıq qızı Selenanı da unutmayıblar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm