Tabloid.az
Aygün Kazımova doğum gününü qeyd edir: Ad günü karnavalı - VİDEO
Bu gün Azərbacan estradasının divası Aygün Kazımovanın doğum günüdür.
Aygün Kazımova 1971-ci il yanvarın 26-da Bakıda anadan olub.
Peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə “Bakı Payızı” yarışması ilə
gəlib. İlk mükafatını məhz bu yarışmadan qazanıb. 1989-1990-cı
illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə
“Asiya Dausı”, 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq
yarışmanın laureatı olub. 2000-ci ildə “İlin müğənnisi”, “İlin
konserti: Aygün-Bir Gün”, “İlin hiti: Gecələr” adlı üç nominasiya
üzrə “Qrand” mükafatına layiq görülüb.
2001-ci ildə yenidən üç - “İlin müğənnisi”, “İlin hit mahnısı: Я и
ты”, “İlkin konserti: Я девушка восточнaя” nominasiyaları üzrə
“Qrand” mükafatı qazanıb. İndiyə kimi 10-a yaxın solo konserti
olub. Bunlardan 1999-cu ildə “Aygün-Bir Gün”, 2000-ci ildə “Я
девушка восточная”, 2001-ci ildə “Qeyri-adi şou”, 2006-cı ildə
Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar. Bu
günə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə əməkdar, 2009-cu
ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
A.Kazımova Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi
bəstəkarkardan dərs alıb. O, bir sıra xarici ölkələrdə də
konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət
Kreml sarayında təşkil edilən konsertdir. Bunlardan savayı,
A.Kazımova xeyriyyə konsertləri də keçirib. 2005-ci ildə o,
rejissor Arif Qazıyevin “Xarı Bülbüllər” musiqili filmində baş rola
çəkilib. Həmçinin “Best Model of Azerbaijan”ın rəhbəri vəzifəsində
də iştirak edib.
“Sevgi gülləri” (1997), “Ey mənim dünyam” (1999), “Aygün” (2000),
“Sevdim, (2001), “Son Söz” (2004), “Sevərsənmi?” (2005) və başqa
albomları işıq üzü görüb.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO