• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şou əhli bu dəfə onlar üçün oxudu - FOTOLAR

Şou əhli bu dəfə onlar üçün oxudu - FOTOLAR

Şou əhli yenə bir araya yığılıb oxudu, oynadı… Necə deyərlər, vur çatlasın-çal oynasın idi.

Publika.az-ın məlumatına görə, Milli Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup sənətçi Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış etdi. Bu dəfə onlar konserti talessemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr etdilər. Tanınmış bəstəkar, bir çox hitlərin müəllifi Tural Bayraməliyevin təşkilatçılığı ilə baş tutan konsertin ararıcısı şoumen Kamran Həsənli idi. T.Bayraməliyev belə xeyriyyə tədbirlərinə hər zaman ehtiyac olduğunu söylədi: “İnsanlıq naminə belə tədbirlərin sayını artırmaq lazımdır. Bu gözəl missiya ilə yaşamaq hər birimizin borcumuzdur. Burda iştirak edən müğənnilər təklifimizi can-başla qəbul etdilər. Mən gələcəkdə də belə tədbirlərin sayını artırmağı düşünürəm. Ehtiyacı olan insanlara sevinc bəxş etmək, onları yada salmaq – bax bu əsl zövqdür. Hər kəsə bunu arzulayıram”.

Konsertdə tanınmış müğənnilər – Lalə Məmmədova, Niyam Səlami, Səidə Sultan, Yaşar Yusubov, meyxanaçı Əşrəf Dərya, rəqqasə Fatimə və onun rəqs qrupu, Roza Zərgərli, "Kristal" qrupu çıxış etdilər. Azərbaycan bayrağının dalğaları altında salonu coşduran müğənnilər fürsətdən istifadə edib konsert iştirakçılarını Milli Silahlı Qüvvələr günü münasibəti ilə təbrik də etdilər.

Konsertin prodüseri Hamlet Cahangirdir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR