Əməkdar artist: “Mən nə bozbaş bişirən olmuşam, nə də saç ustası”
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Mən nə bozbaş bişirən olmuşam, nə də saç ustası”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Naibə Allahverdiyeva filmə çəkilməməsindən gileyləndi.

Giley-güzarını Publika.az-la bölüşən aktrisa filmə çəkilməməsini, heç olmasa, mahnı oxumaqla kompensasiya etdiyini dedi: “Məni sevən insanlar öz məclislərinə çağırırlar. “Əli xınalı gəlin” mahnımı indiki qızlar, gəlinlər çox bəyənir. İndi bəzi insanlar deyəcək ki, bu da başlayıb oxumağa. Bunu demək ayıbdır. Çünki mən nə bozbaş bişirən olmuşam, nə də saç ustası işləmişəm. Mən incəsənət adamı, aktrisayam”.

Dünya təcrübəsində aktrisaların oxuduğunu, müğənnilərin filmlərə çəkildiyini deyən əməkdar artist bizdə buna pis baxıldığını dedi: “Aktrisa oxumalıdır da, saç ustası oxumayacaq ki? Mən universitetə daxil olanda vokaldan imtahan vermişəm, dörd il vokaldan dərs almışam. Amma çox qəribədir ki, müğənnilərin seriala çəkilməyinə pis baxmırlar”.

Aktrisa indiyədək cəmi bir mahnı yazdırıb, o da “Əli xınalı gəlin” mahnısıdır. N.Allahverdiyeva bu gün daha çox xınayaxdı məclislərinə dəvət aldığını dedi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm