Ruhəngiz Allahverdiyeva: “Uzun geyindim, dedilər, ayaqları əyridir”
Bizi izləyin

Tabloid.az

Ruhəngiz Allahverdiyeva: “Uzun geyindim, dedilər, ayaqları əyridir”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva geyim tərzinə görə uzun müddət problemlə qarşılaşdığını deyib.

Publika.az-a bu barədə danışan sənətçi uzun ətəklərdən imtina etdiyini bildirib: “Mən hər zaman uzun libaslar geyinmişəm və tamaşaçılarımın qarşısına bu stildə çıxmışam.

Amma haqqımda şayiələr yaydılar ki, guya, ayaqlarım əyri olduğu üçün belə geyinirəm. Heç də belə olmadığını sübut etmək üçün qısa ətəklər geyinməyə başladım. Hesab edirəm ki, qadın qısa da geyinər, dekolte də. Amma əsas odur ki, əndazəni aşmayasan”.

Xanım sənətçi qısa və dekolte geyinsə də, əndazəni aşmadığını deyib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm