Nadir “Dünya gözəli” ilə -FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nadir “Dünya gözəli” ilə -FOTOLAR

Müğənni Nadir Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus olan “Göndər” adlı mahnısına klip çəkdirib. Tabloid.az-a açıqlama verən müğənni bildirib ki, çəkilişlər Gürcüstanda baş tutub:

“Nəhayət “Göndər” adlı mahnıma klip çəkdirdim. Çəkilişlər Gürcüstanın Tiflis şəhərinin gözəl məkanlarında oldu. Gürcüstan səfərimdən zövq aldım. Klipi “Ozan MW Production” –un işçi heyəti bir günə çəkdi. Səhər saat 9-da başlayan çəkiliş gecə saatlarına qədər davam etdi. Klip çəkilişləri üçün Nadir bir neçə geyim dəyişib”.

Qeyd edək ki, rejissor Elnur Əliyevin ekranlaşdırdığı klipdə Nadirin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamara Shedania idi. O, ölkəsini dünya gözəllik yarışmasında təmsil edən yeganə modelir. Adını dünya gözəlləri siyahısına yazdırıb. Bundan başqa, o “Armani” və bir neçə brend firmaların siması olub.

Nadir söyləyir ki, Gürcüstan televiziyasından proqramda iştirak etmək təklifi alıb. Lakin vaxt azlığından verilişə qatıla bilməyib:

“Bundan başqa, bir neçə əməkdaşlıq təklifləri də aldım. İnşallah zamanla həmin təkliflərin ən yaxşısını reallaşdıracağam. Hazırda klip montaj olunur. Hazır olduqdan sonra media nümayəndələrinə təqdim edəcəm”.

Qeyd edək ki, N.Qafarzadənin “Göndər” adlı klipində çalışan heyət bunlardır: Rejissor Elnur Əliyev, operator Givi Magradze, prodüser Altay Yaşar, Ruslan Əliyev menecer Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədova, Barmen Qvansa Sitsividze, Umman Sadıqov və başqaları.

N.Qafarzadənin “Göndər” adlı klipinin çəkilişlərindən olan fotoları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm