• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hollivudun seksual dəb ilahəsi - FOTOLAR

Hollivudun seksual dəb ilahəsi - FOTOLAR

Hollivudun ən gözəl aktrisalarından olan Cesika Alba karyerası ilə yanaşı geyim tərzi ilə də daim diqqət mərkəzindədir.

2008-ci ildə evlənən və özü kimi gözəl iki qız anası olan aktrisa stil ikonası kimi tanınır. Bu gün "Onların stili" layihəsində 33 yaşlı amerikalı aktrisanı qonaq edəcəyik.

Cesika üçün dəvətlər və ya gündəlik həyat fərq etmir. O, fərqli tərzlər və kombinlərlə daim moda sevərləri təəccübləndirir, hamını heyran qoyur. Cazibədar bədən quruluşu da ona dəb ilahəsi olmaqda kömək edir. Geyindiyi hər şeyi özünə yaraşdırmağı bacaran aktrisanı hər tərzdə geyimdə görmək mümkündür.

Dekolteni sevən aktrisa, bədəninin tək bir yerinə diqqət çəkməyi sevir. Məsələn, sinə dekolteli paltarı mütləq uzun olur. Paltarı qısadırsa, sinə dekoltesindən istifadə etmir.

Naxışlar, parlaq rənglər və maraqlı kombinlərlə arası yaxşı olan aktrisa cəsarət tələb edən geyimləri seçməkdən çəkinmir.

Modanı addım-addım izləyən Cesika trendləri öz tərzinə uyğunlaşdırmaqda da ustadır. Ona görə də bütün qadınlar onun stilini izləyir, ondan ilham alırlar. Çünki aktrisa podiumlarda gördüyümüz və “mən belə geyinə bilmərəm” dediyimiz geyimləri doğru kombinləyərək bizə də cəsarət verir.

Cesika Alba təbii gözəlliyi ilə də diqqət çəkir. Deyəsən, gündəlik həyatda makiyajdan və dəbdəbədən uzaq olması da gözəlliyinə olan inamından irəli gəlir. O, ziyafətlərdə geyindiyi paltarlarla seksuallığını, gündəlik həyatda seçdiyi sadə geyimlərdə qoruya bilir. Sanki aktrisa içində hələ də böyüməyən bir uşaq olduğunu göstərir.

Günün Stili: Jessica Alba

Aktrisa hətta hamilə olarkən də dəb ilahəsi olmaqdan vaz keçmədi.

Hamiləlik aylarında geyindiyi bir-birindən fərqli və dəbdəbəli paltarları ilə diqqət mərkəzində qalmağı bacardı. Qadınlar üçün hamilə modasının nəbzini tutan aktrisa artıq kiloların gözəl görünməyə mane olmadığını da sübut etdi.

Uşağını dünyaya gətirdikdən sonra mövsümün ən trend geyimləri ilə qadınlara ilham verməyə davam edən aktrisa əsrimizin ən zövqlü stil ikonası olmaq yolunda irəliləyir.

Rahat və sadə həyat tərzinə üstünlük verdiyini bildirən aktrisanın bu seçimi gündəlik geyimlərində də əks olunur.

Gündəlik həyatda adətən cins, sadə don, bluz, dəri pencək kimi geyimlərə üstünlük verən aktrisa bu geyimlərin necə kombin ediləcəyi mövzusunda sanki dərs verir. Çünki çox sadə donu belə eleqant göstərməyi bacarır.

Qara, boz, ağ və qəhvəyi rəngləri sevən Cesikanı bəzən parlaq, çox diqqət çəkən rənglərdə də görmək mümkündür.

Rahatlığı çox sevən Cesika lasin, qısa pencək və böyük çanta dəlisidir.

Günün Stili: Jessica Alba

Geçen Hafta Kim Ne Giymiş?

Son Günlerde Jessica Alba

Aktrisanın gündəlik həyatda sadəliyə üstünlük verdiyini qeyd etmişdik. Cessika özəl dəvətlər istisna olmaqla demək olar ki, makiyaj etmir. Bu gözəli demək olar ki, zövqsüz bir geyimdə görən olmayıb.

Bir çox məşhurdan fərqli olaraq Cesika geyimində aksessuarlara çox önəm verir. Aktrisa demək olar ki, şalları, eynəkləri və şapkaları ilə bütünləşib. Bildiyimiz kimi, şapka hər qadına yaraşan aksessuar deyil, onu yaraşdırmaq çox çətindir. Ancaq Alba bu işin öhdəsindən asanlıqla gəlir. Üzünün gözəlliyi də ona bu işdə kömək edir. Aktrisa diqqət çəkən və fərqli dizayna malik şapkaları geyinməkdən çəkinmir.

Ayaqqabılarda baletka, platforma modellərə üstünlük verir.

Cazibədar aktrisa dəvətlərdə və qalalarda gündəlik həyatdakı görünüşündən tamamilə fərqlənir. Göz qamaşdıran libaslar, pencəkli şalvar kostyumlar, stiletto ayaqqabılar ilə olduqca eleqant görünməyi bacarır. Özəl günlərdə dumanlı göz makiyajı və şaftalı tonlarındaki yanaq ənliyi ilə üz gözəlliyini də vurğulamağı unutmur.

Albanın iki uşaq anası olduğuna inanmaq çətindir. Ona görə də qadınlar onun stil yolunu izləyərək həmişə 20 yaşında görünməyin sirrlərini öyrənməyə çalışırlar.

Çiçək naxışlı parlaq donlar ona çox yaraşır. Gündəlik həyatda demək olar ki ətək geyinməyən aktrisaya ətəklər də olduqca gözəl qalır.

Sadəliyi sevmək seksuallıqdan uzaq olmaq demək deyil. Aktrisa dəvətlərə adətən qum saatı formasındaki ideal bədənini nümayiş etdirən libaslarda qatılır. Libasları dəbdəbəli olmasa da eleqantlığı və seksuallığı ilə diqqət çəkir.

Bu yaxınlarda ombre modası ilə ayaqlaşan Cesika möhtəşəm saçları ilə bir daha diqqəti özünə yönəldə bildi. Uzun qəhvəyi rəngli saçlarının ucunu açıq çəhrayı tonlarına boyadan aktrisa mükəmməl görüntüyə qovuşub.

Aynı muhteşem yıldız Jessica Alba gibi, ben de gölgeli saçımla fuşya kıyafetler giymeye cesaret ediyorum.

Onu da qeyd edək ki, çox vaxt saçlarını toppuz toplayan aktrisa qaşlı saç aksessuarlarını çox sevir. Saç aksessuardan vaz keçə bilməyən Cesika onları hətta “Qırmızı xalı”ya da daşıyır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR