Xanım müğənninin Ukraynadakı gizlinləri açıldı - VİDEO, FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanım müğənninin Ukraynadakı gizlinləri açıldı - VİDEO, FOTOLAR

Müğənni Sevinc Musayeva bir müddətdir gizli saxladığı layihəsini, nəhayət ki, açıqladı.

Publika.az-a danışan müğənni iki aydır Ukraynanın məşhur leybllarından biri ilə əməkdaşlığa başladığını dedi. Müğənni Ukraynalı bəstəkarın “Leto” mahnısını oxuyub. Mahnı Ukraynada aranjeman olunub, studiya işləri də orada həyata keçirilib. Mahnının sözləri rus dilində olsa da, ora Bakı sözü əlavə olunub. Müğənni Azərbaycan dinləyiciləri üçün mahnını öz dilimizdə də ifa edəcək.

Sevinc mahnını bu dəfə fərqli formada, dəniz kənarındakı yeni fotosessiyası ilə birgə təqdim edib. Mahnı artıq Sevinc Musayevanın Youtube kanalı və KİV vasitəsilə dinləyicilərin ixtiyarına verilir.

Müğənninin Ukrayna musiqi aləmi ilə əlaqələndiricisinin bizim yerli məşhurlardan biri olduğu deyilsə də, onun kimliyi sirr kimi saxlanılır. Mahnının Ukraynada da tanıdılması üçün işlər görüləcək.
Müğənni bu kompozisiyanın sadəcə başlanğıc olduğunu və uğurlu olarsa, Ukraynada layihələrə davam edəcəyini bildirib.


Layihənin müəllifi və məbləği də açıqlanmır. S.Musayeva bu layihəni yaradıcılığının yeni mərhələsinə qədəm qoyması ilə əlaqələndirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm