Rəqsanənin başını qırxdılar - FOTO
Bizi izləyin

Tabloid.az

Rəqsanənin başını qırxdılar - FOTO

Ötən gün "Yaşıl teatrda" Sevgililər gününə həsr etdiyi ilk solo konserti ilə çıxış edən müğənni Rəqsanə İsmayılova təəccübləndirməyi bacarıb.


ANS PRESS-in məlumatına görə, ifaçı səhnəyə çıxdığı ilk andan etibarən hər kəsdə maraq oyadıb. Konsertindən öncə mətbuat konfransı keçirən ifaçı dediyi kimi - "Geyimim və stilim ilə şoka salacam" edib. Belə ki, Rəqsanə saçının bir hissəsini tamamilə qırxdırıb.


Onu bu formada gördükdə gözümüzün qabağına ilk gələn dünya ulduzu Rihanna oldu. Rəqsanə bu saç düzümü ilə Rihannanı təkrarlayıb. Sənətçi özü isə bu mövzu ilə əlaqəli olaraq suallardan boyun qaçırıb. Sadəcə olaraq bildirib ki, diqqət çəkmək üçün konsertdən bir neçə saat öncə bu fikirə düşüb və saçının bir tərəfini tamamiylə qırxdırıb.

Rəqsanə İsmayılovanın konsertə saç düzümü və makiyajının üzərində stilist Elnur Həsənov, Fuad Hacıyev çalışıb. İfaçının yeni imicdə olan fotolarını sizə təqdim edirik:





Oxumağa davam et
Reklam
Reklam

Gündəm